“Böyük dəbilqə”də daha 2 qızıl medal

post-img

Bakıda keçirilən “Böyük dəbilqə” turnirinin ikinci günündə Azərbaycan daha 2 cüdoçusu qızıl medal qazanıb. 

Komandamızın üzvləri Hidayət Heydərov (73 kq) və Zelim Tçka­yev (81 kq) bütün rəqiblərini məğlub edərək qalib adına layiq görülüblər. 

Qeyd edək ki, bundan əvvəl Yaşar Nəcəfov (66 kq) qızıl, Leyla Əliyeva (48 kq) gümüş medala yiyələniblər. 

Leyla SABİRQIZI
XQ

 

İdman