Nazir Xalq rəssamını təbrik etdi

post-img

Mədəniyyət naziri Adil Kərimli 95 yaşı tamam olan görkəmli fırça ustası, Xalq rəssamı Tofiq Ağababayevlə onun evində görüşüb. Sənətkarı təbrikə nazirlə bərabər, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, mədəniyyət nazirinin müavinləri və nazirliyin əməkdaşları da gediblər. 

Nazir Adil Kərimli milli rəngkarlıq məktəbimizin görkəmli nümayəndəsinə 95 illik yubileyi münasibətilə ən xoş arzularını çatdırıb, onun Azərbaycan mədəniyyətinə, təsviri sənətinə verdiyi töhfələri, həmçinin zəngin mədəniyyə­timizin təbliğ edilməsində səmərəli fəa­liyyətini vurğulayıb. Azərbaycan mədə­niyyətinin inkişafında və təbliğinə verdiyi töhfələrə görə fırça ustasına nazirliyin Fəxri diplomu təqdim olunub. 

Qeyd edək ki, Tofiq Ağababayev monumental dekorativ-tətbiqi sənət, qrafika və boyakarlıq sahəsində əsərlər yaradıb. Bakı şəhərinin ilk baş rəssamı vəzifəsində çalışıb. Paytaxtımızın ger­binin bərpası, simvolik açarının düzəl­dilməsi də sənətkarın adı ilə bağlıdır. Onun əsərləri Azərbaycan Dövlət Mu­zeyində, Azərbaycan Rəssamlar İtti­faqının fondunda, ABŞ, İngiltərə, Kana­da muzeylərində, şəxsi qalereyalarda saxlanılır.

XQ

Son xəbərlər