Dağıstanın böyük nəğməkarı

post-img

“Mənim xalqımı Azərbaycanla bağlayan tellər çoxdur – tarix, mədəniyyət, ənənələr və məişət. Biz hamımız bir kökdən qaynaqlanırıq. Hələ gənclik illərində Azərbaycana sevgi hissləri ilə dolu şeirlər də yazmışam”.

Bu sözlərin müəlli­fi Dağıstanın milli iftixarı, Azərbaycanın dostu olmuş məşhur şair, yazıçı Rəsul Həmzətovdur. Bakıdakı Rus evində görkəmli ədibin 100 illik yubileyi münasibətilə qələmə alınmış “Milyonların nəğməkarı – Rəsul Həmzə­tov” kitabının təqdimatında onun Azərbaycanla bağlılı­ğı diqqət mərkəzində oldu. Bildirildi ki, onun şeirlərinə ölkəmizdə də mahnılar bəstələnmişdir. O, Dağıs­tan şairi olsa da orada bö­yüyüb boya-başa çatsa da Azərbaycana, onun xalqı­na, poeziyasına sıx bağlı olub. Rəsul Həmzətov bir sıra şeirlərini Azərbaycana həsr edib. Şairlərimizdən Səməd Vurğun, Tofiq Bay­ram, Rəsul Rza, Nəbi Xəzri və digər şəxsiyyətlərlə onun yaxından tanışlığı sonralar möhkəm dostluğa çevrilib. Tofiq Bayram onun şeirlərini dilimizə tərcümə edib. 

Xalq şairi Vahid Əziz, Xalq yazıçısı Çingiz Abdul­layev, Rusiya səfirliyinin mədəniyyət məsələləri üzrə müşaviri Pavel Kuznetsov, Azərbaycanın Dağ Yəhu­diləri icmasının sədri Melix Yevdayev və digər qonaqlar Rəsul Həmzətovun yaradıcı­lığında toxunduğu mövzular­dan, şeirlərinin sənətkarlıq xüsusiyyətlərindən, müdrik fikirlərindən danışdılar. Son­ra Nizami rayonu 10 saylı məktəbin şagirdləri, Mədə­niyyət və İncəsənət Univer­sitetinin 2-ci kurs tələbəsi Nurlan Ağayev yubilyarın şeirlərindən nümunələr səs­ləndirdilər. 

Sonda “Dağıstan Res­publikası Yazıçılar İttifaqı İdarə Heyəti”nin təşəbbüsü ilə diplom formasında ha­zırlanmış “Mənim Dağısta­nım.100.Bizim Rəsul” adlı məktub Bakı Rus Evi tərə­findən kitabın müəllifi yazıçı, publisist Reyhan Mirzəza­dəyə təqdim olundu. R. Mir­zəzadə tədbir iştirakçılarına minnətdarlığını ifadə edərək, Rəsul Həmzətovun parlaq şəxsiyyətinin insanlarda bö­yük maraq doğurmasından, onun yaradıcılığının bu gün də aktual olmasından danış­dı. 

Bu yaxınlarda işıq üzü görən kitabda Rəsul Həm­zətovun Azərbaycanın siyasi və ictimai xadimləri, görkəm­li ədibləri, alimləri və musiqi­çiləri ilə birgə çoxsaylı foto­ları yer alıb. Burada şairin məktubları və xatirələri, nəsr və poeziya əsərlərindən par­çalar da toplanıb. 

Qeyd edək ki, Rəsul Həmzətovun 100 illiyinə həsr olunmuş silsilə tədbir­lərin keçirilməsi nəzərdə tu­tulur. 

 

Fidan SALMANLI,

Elşən AĞALAROV (foto)

XQ









































Mədəniyyət