YAP gəncləri Çinə gedirlər

post-img

Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov partiyanın 2023-cü il sentyabrın 11-19-da Çin Xalq Respublikasında (ÇXR) səfərdə olacaq gənclərdən ibarət nümayəndə heyəti ilə görüşüb.

Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azər­baycan–Çin münasibətlərinin dostluğa və tərəfdaşlığa əsaslandığını vurğu­layan Tahir Budaqov qeyd edib ki, iki ölkə arasında müxtəlif sahələri əhatə edən əməkdaşlığın dərinləşdirilməsi üçün əlverişli şərait və etibarlı zəmin mövcuddur. Azərbaycan-Çin münasi­bətlərinin hər iki ölkənin liderləri – Pre­zident, partiyamızın Sədri İlham Əliyev ilə ÇXR-in və Çin Kommunist Partiya­sının Sədri Si Cinpinin siyasi iradələri sayəsində dinamik inkişafa malik ol­duğunu diqqətə çatdıran YAP Sədrinin müavini ölkələrimizin ikitərəfli və bey­nəlxalq platformalar çərçivəsində mü­nasibətləri inkişaf etdirərək əhəmiyyətli nailiyyətlər qazandıqlarını vurğulayıb. 

Tahir Budaqov YAP nümayəndə heyətinin ÇXR-ə səfər proqramının zəngin olduğunu diqqətə çatdırıb. O, səfərin iki ölkənin hakim partiyalarının gəncləri arasında uğurlu əməkdaşlığın, davamlı ünsiyyətin təmin olunması, qarşılıqlı fikir və təcrübə mübadiləsinin aparılması və işbirliyinə dair yol xəritə­sinin müəyyənləşdirilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini deyib.

Səfərin uğurlu keçəcəyinə inamını ifadə edən YAP Sədrinin müavini nü­mayəndə heyətinə müvafiq tövsiyə və tapşırıqlarını verib.

XQ

Son xəbərlər