Hikmət Hacıyev: Bakı İrəvandan təcili danışıqlarla bağlı təklif almayıb

post-img

Azərbaycan Ermənistan hökumətindən Prezident İlham Əliyevlə təcili danışıqların aparılması ilə bağlı təklif almayıb.

Bu barədə Azərbaycan Respubli­kası Prezidentinin köməkçisi - Prezi­dent Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Reuters"ə açıqlamasında bildirib.

Xatırladaq ki, daha öncə Ermə­nistanın Baş naziri Nikol Paşinyan bir sıra ölkələrin liderləri ilə telefon danı­şığında Azərbaycan Prezidenti İlham Əliyevlə "təcili görüşün" keçirilməsini istədiyini deyib.

XQ

Siyasət