Milli Məclisin ABŞ Senatının komitəsinə açıq məktubu

post-img

Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Amerika Birləşmiş Ştatları Senatının Xarici əlaqələr komitəsinə açıq məktub ünvanlayıb. Məktubda deyilir:

“Diqqətinizi Senatın Xarici əlaqələr komitəsində sentyabrın 14-də Azərbay­canın beynəlxalq səviyyədə tanınmış ərazisinin bir hissəsi ilə bağlı keçirilə­cək dinləməyə yönəltmək istəyirik.

Dinləmənin təşkil edilməsi bizi heç də təəccübləndirmədi, çünki bu, ABŞ Konqresindəki müəyyən dairələrin uzun müddətdən bəri bizim ölkəmizə qarşı dəstəklədiyi bədnam qərəz, ay­rı-seçkilik və manipulyasiyanın növbəti təzahürüdür. Azərbaycanın müstəqillik əldə etdiyi ilk gündən etibarən radi­kal erməni qruplaşmaları və Birləşmiş Ştatlar Konqresində onlarla əlbir olan qüvvələr Azərbaycana qarşı təcavüzü təşviq edən, radikalları cəzasız olaraq insan iztirablarına səbəb olan ağır ci­nayətlər törətməyə təhrik edən fəaliyyət yolu seçmişlər… 

Bu baxımdan qeyd edilməlidir ki, yuxarıda adıçəkilən dinləmənin təşkili regionda qeyri-sabitlik və münaqişə­nin alovlanmasına xidmət edir. Əsas məsələ budur ki, son 30 ildə Azərbay­canın suverenliyinə və ərazi bütöv­lüyünə qarşı Ermənistanın təcavüz siyasətinin dəstəklənməsi və himayə edilməsi ABŞ-a fayda verməmiş, daha çox Azərbaycanın aparıcı rol oynadığı strateji əhəmiyyətli regionda ABŞ-ın strateji maraqlarına və mövcudluğuna xələl gətirmişdir.

Göstərilən bütün cəhdlərə baxma­yaraq, Azərbaycan öz suverenliyinin pozulmasına yönələn hərəkətlərin qar­şısını alacaq, dönmədən sülhə, nor­mallaşmaya və öz Konstitusiyası çər­çivəsində erməni əsilli vətəndaşlarının reinteqrasiyasına nail olacaqdır”.

XQ

Siyasət