Bakıda ilk dəfə Fintex Forumu keçirilib

post-img

Dünən Türkiyənin “Fintech Innovation Hub” şirkətinin təşkilatçılığı, Azərbaycan Fintex Assosiasiyası və Türkiyə Ödəniş və Elektron Pul Təşkilatları Birliyinin tərəfdaşlığı ilə Bakıda ilk dəfə Azərbaycan–Türkiyə Fintex Forumu keçirilib.

Forumun məqsədi Azərbay­can və Türkiyə fintex ekosistem­lərinin iştirakçıları arasında iş­güzar əlaqələrin gücləndirilməsi, potensial əməkdaşlıq imkanları­nın dəyərləndirilməsi, həmçinin iki qardaş ölkə arasında digər sahələrdə olduğu kimi, innovativ maliyyə texnologiyaları sahəsin­də də səmərəli sinerjinin yaradıl­masıdır.

Azərbaycan Fintex Assosi­asiyasının İdarə Heyətinin sədri Ruslan Talıbov bildirib ki, cari ilin ilk yarısında dünyada fin­tex sahəsinə 52 milyard dollar məbləğində investisiya yatırılıb. Hesabat dövründə 2 min 154 söv­dələşmə reallaşıb. 

Natiq xatırladıb ki, fintex sis­temində əhəmiyyətli məsələlər­dən biri də onun gətirdiyi risk­lərdir. Bu risklər nəzərə alınaraq dünyada və regionumuzda ad­dımlar atılır. Azərbaycan və MDB ölkələri bazarları Türkiyə fin­texləri üçün kifayət qədər maraq doğurur. Azərbaycan fintexləri Türkiyə, eləcə də MDB ölkələri bazarları üçün xüsusi əhəmiyyət daşıyır.

Azərbaycan Mərkəzi Bankı­nın departament direktoru Kə­malə Qurbanova bu il avqustun 1-nə ölkədə dövriyyədə olan ödə­niş kartlarının sayının keçən ilin analoji dövrü ilə müqayisədə 20 faiz artaraq 15 milyonu ötdüyü­nü, hesabat dövründə respublika daxilində bu kartlarla aparılan nağdsız ödənişlərin həcminin 2 dəfə artaraq 24 milyard manata çatdığını qeyd edib. K.Qurbanova daha sonra deyib: “Ölkə daxi­lində kart ödənişlərində nağdsız dövriyyənin xüsusi çəkisi ötən ilin eyni dövrünə nisbətən 12,3 faiz yüksələrək 53 faizə bərabər olub. Daha bir maraqlı göstərici isə bu gün pos-terminallarda apa­rılan hər 4 əməliyyatdan birinin mobil telefonlar və ya digər ağıllı cihazlar vasitəsilə reallaşması­dır. Bu isə Azərbaycan əhalisinin innovasiyalara açıq olduğunu göstərir”. 

Forumda Azərbaycan Mərkə­zi Bankının Beynəlxalq Maliyyə Korporasiyası ilə birlikdə 2024–2028-ci illər üçün fintex strategi­yasının hazırlandığı, Türkiyədəki 76 fintex şirkətinin təcrübəsindən yararlanmağın zəririliyi, fintex ekosistemlərinin cari vəziyyəti və inkişaf trendləri kimi məsələr barədə fikirlər səsləndirilib. 

XQ

Son xəbərlər