Silahlı Qüvvələrlə bağlı videomateriallar yaymaq yolverilməzdir

post-img

Son günlər teleqram kanallarının Ermənistan xüsusi xidmət orqanları ilə əlaqəli olan seqmentində Azərbaycan Ordusunun hərbi birləşmələri, onların dislokasiyası, yerdəyişmələri, döyüş və səfərbərlik hazırlığı, silahları, hərbi texnikası ilə bağlı videokadrların çəkilib sosial şəbəkələr vasitəsilə yayılmasına təhrik edən çağırışlar yer almaqdadır. 

Dövlət Təhlükəsizliyi bu halları nə­zarətə götürüb və analoji hərəkətləri et­məyə təşəbbüs göstərən şəxslər barə­sində zəruri tədbirlərin görülməsini təmin edəcək. Bu barədə XQ-yə DTX-ninMətbuat xidmətindən verilən məlumatda bildirilir: “Ölkəmizin milli təhlükəsizliyinə və müdafiə qabiliyyətinə ciddi ziyan vu­ran, Azərbaycan Respublikasının Silah­lı Qüvvələrinə aid və dövlət sirri təşkil edən məlumatları özündə ehtiva edən videoçəkilişləri apararaq yaymaq qətiy­yən yolverilməzdir və vətəndaşları belə əməlləri etməkdən çəkinməyə çağırırıq”.

DTX-nin xəbərdarlığında vurğulanır ki, qeyd olunan hüquqazidd hərəkətlərə qəsdən yol verilməsi dövlət sirrini yay­ma, bəzi hallarda isə dövlətə xəyanət cinayət əməllərinin törədilməsi şübhəsi üzrə araşdırma predmeti kimi çıxış edir və müvafiq hüquqi məsuliyyət tədbirlə­rinə səbəb olur.

XQ

Son xəbərlər