Yubiley müsabiqəsinin qalibləri mükafatlandırılıb

post-img

Misir–Azərbaycan Dostluq Cəmiyyəti Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş silsilə tədbirləri davam etdirir. Cəmiyyətin binasında bu ilin iyulunda elan edilmiş "Azərbaycan və onun görkəmli şəxsiyyətləri" adlı məqalə müsabiqəsinin nəticələri açıqlanıb.

Azərbaycanın Misirdəki səfiri Elxan Poluxov bildirib ki, Ulu öndər müasir Azərbaycanın Misir və ərəb dünyası ilə münasibətlərinin təməlini qoyub və çox əlamətdar haldır ki, bu günlərdə onun 100 illiyi Misirdə geniş şəkildə qeyd olunur.

Misir–Azərbaycan Dostluq Cəmiy­yətinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov Heydər Əliyevin anadan olma­sının 100 illiyi münasibətilə rəhbərlik etdiyi qurumun silsilə tədbirlər təşkil etdiyini bildirib. 

Azərbaycan–Misir parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəh­bəri Ceyhun Məmmədov Ulu öndərin müsəlman ölkələri ilə əlaqələrin inki­şafına xüsusi həssaslıqla yanaşmasını vurğulayıb. C.Məmmədov əlavə edib ki, bu gün iki ölkənin parlamentləri ara­sında da əlaqələr sürətlə inkişaf edir. Natiqlər müsabiqənin qaliblərini təbrik edib, onlara uğurlar diləyiblər.

Qeyd edək ki, müsabiqənin iştirak­çılarına diplomlar və 6 qalibə pul müka­fatı təqdim olunub. 

“Xalq qəzeti”

Son xəbərlər