Ulu öndərin 100 illiyi münasibətilə Buenos-Ayresdə konsert

post-img

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi və Azərbaycanla Argentina arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü Argentinada qeyd olunub.

Bu münasibətlə paytaxt Buenos–Ayres şəhərində konsert təşkil edilib. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dəstəyi ilə keçiril­miş tədbirdə Argentinanın dövlət və hökumət nümayəndələri, ictimai-siyasi xadimləri, bu ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbər və əməkdaşları, kütləvi informasiya va­sitələrinin təmsilçiləri iştirak ediblər.

Azərbaycanın Argentinadakı səfiri Rəmzi Teymurov tədbirdə çıxış edərək müasir Azərbaycanın banisi Heydər Əliyevin həyatı və dövlətçilik ənənələ­rimizin formalaşdırılmasında əvəzsiz rolu barədə danışıb. 

Daha sonra Azərbaycan–Argentina münasibətləri haqqında danışan R.Teymurov ölkələrimiz arasında dostluq əlaqələrindən və bu münasibətlərin si­yasi, iqtisadi, mədəni və sair sahələrdə genişləndirilməsi üçün mövcud imkan­lardan bəhs edib.

Sonra piano ifaçısı Səadət İsmayılovanın müşayiəti ilə Azərbay­can Dövlət Akademik Opera və Balet Teatrının direktoru, dramatik tenor, Azərbaycanın Xalq artisti Yusif Eyva­zovun və Əməkdar artist Səbinə Əsə­dovanın ifalarında Azərbaycan bəstə­karlarının əsərləri yüksək məharətlə səslənib. Həmçinin Rəşad İbrahimov, Mirəli Seyidzadə və Təbriz Yusubovun ifalarında Azərbaycan milli musiqiləri təqdim edilib.

Azərbaycan musiqi xadimlərinin ifaları tədbirə dəvət olunmuş qonaqlar tərəfindən böyük məmnuniyyətlə qarşı­lanıb.

Tədbir Argentinanın kütləvi informasiya vasitələrində geniş işıq­landırılıb.

“Xalq qəzeti”



Son xəbərlər