Qaqik Voskanyan saxlanma şəraitindən razılıq edir

post-img

Ombudsman Səbinə Əliyevanın tapşırığına əsasən, Milli Preventiv Qrupun üzvləri tərəfindən əvvəlcədən xəbərdarlıq etmədən növbəti başçəkmə həyata keçirilib.

Ombudsman Aparatından “XQ”-yə bildirilib ki, MPQ-nin ixtisasca həkim üzvünün də iştirak etdiyi başçəkmədə məqsəd saxlanılan şəxslərlə rəftarın, müəssisədəki saxlanma şəraitinin və təqsirləndirilən şəxslərin hüquqlarının tə­mini vəziyyətinin monitorinqi olub.

Başçəkmə zamanı bu ilin avqustun 16-da terror-təxribat törətmək məqsədilə Azərbaycan-Ermənistan dövlət sərhədini qanunsuz olaraq keçən Ermənistan si­lahlı qüvvələrinin kəşfiyyat-diversiya qru­punun üzvü Qaqik Voskanyan da qəbul edilib. Həmin təqsirləndirilən şəxsin sax­lanma şəraiti, onunla rəftar, tibbi xidmətə çatımlılıq və Milli Preventiv Mexanizm mandatına uyğun digər məsələlər araş­dırılıb, beynəlxalq və milli qanunvericiliyə əsasən hüquqlarının təmin edilməsi və­ziyyəti öyrənilib. Adıçəkilən şəxs saxlan­ma şəraitindən, onunla rəftardan və tibbi xidmətdən razılığını bildirib.

Son xəbərlər