Ermənistan sərhədə ağır artilleriya toplayır

post-img

Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Respublikasının Laçın rayonu istiqamətində əlavə qüvvə və hərbi texnika toplayır.

Texniki müşahidə vasitəsi ilə lentə alınan videoda Ermənistan ordusuna məxsus qoşquda artilleriya qurğuları olan 4 “KamAZ” markalı hərbi maşının və döyüş sursatı olan 2 “KamAZ” markalı avtomobilin komanda heyətinin olduğu kolon formasında hərəkəti aydın görünür.
Maraqlıdır ki, 2022-ci ilin sentyabrında Ermənistan silahlı qüvvələrinin şərti sərhəddə təxribat törətməsinə qədər Ermənistan tərəfdən də analoji hərəkətlər müşahidə olunub.

Bütün bunlar Ermənistanın Qarabağ məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmağa cəhd etməklə faktiki olaraq danışıqlar prosesindən çıxması fonunda baş verir. Ermənistan hakimiyyətinin beynəlxalq tərəfdaşları üçün sərhəddə yeni qanlı “şou” hazırladığını istisna etmək olmaz (Caliber.az).


Son xəbərlər