Şaurma çox təhlükəli qidadır?

post-img

İsti havalarda mümkün zəhərlənmə baxımından ən təhlükəli qidalardan biri şaurmadır. Bunu yoluxucu xəstəliklər üzrə mütəxəssis İvetta Qorşkova “Qazeta.ru”ya açıqlamasında deyib. 

“Vacib deyil ki, onu hansı fəsildə yeyirsiz – qış və ya yayda. Araşdırmalar göstərir ki, yay aylarında risk daha da artır. İsti hava, inqrediyentlərin düzgün saxlanmaması, bişirmə prosesində pozuntular, aşbazın yuyulmamış əlləri - bütün bunlar ağır zəhərlənməyə səbəb ola bilir”,- deyə həkim qeyd edib.

Qorşkova əlavə edib ki, yayda zülal məhsulları soyuducuda saxlanmalıdır: “Çünki zülal müxtəlif bakteriyalar üçün çoxalma mənbəyidir. Bu, ət və yumurta ola bilər. Dediklərim bu məhsullardan hazırlanan yeməklərə də aiddir”.

A.Elşən

“Xalq qəzeti”

Son xəbərlər