19 laçınlı ailə də doğma yurda qovuşdu

post-img

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Dünən Laçına qayıdış marafonunun 8-ci köçü də ruh yüksəkliyi ilə gerçəkləşib. 

Yenidən qurulan Laçın şəhəri bu dəfə 19 ailəyə qucaq açıb və daha 89 nəfər laçınlı yurduna qovuşub. Bunun­la 152 ailənin, yəni 591 nəfərin doğma məkanda məskunlaşması təmin edilib. Səhər Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola sa­lınan və bir neçə saatdan sonra Laçına çatan məcburi köçkünlər 31 ildən sonra öz doğma yurdlarına qədəm qoyanda böyük coşqu ilə qarşılanıblar. Onlar əvvəlki köç karvanı ilə Laçına qayıdan həmyerliləri ilə sevinclərini bölüşüb, şəhərin gözəl mənzərəsini birlikdə seyr ediblər. 

Artıq o nisgilli günlər geridə qalıb. Bu münasibətlə açarların təqdimetmə mərasimi olub. Yenidən öz evində məs­kunlaşacaq ailələr təntənəli surətdə açarları təhvil alıblar. Daha da gözəl­ləşən və abadlaşan Laçına qovuşan sa­kinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Bi­rinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qur­taran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə min­nətdarlıqlarını bildiriblər. Onlar bu yolda canlarından keçən şəhidlərimizi də bö­yük ehtiramla yad ediblər. 

Qeyd edək ki, köçürülən ailələrin Laçın şəhərində vaxtilə yaşadıqları, iş­ğala son qoyulduqdan sonra dövlətimi­zin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə ya­şaması üçün bütün şərait yaradılıb.

“Xalq qəzeti”

Son xəbərlər