Ağdam-Xankəndi marşrutu ən optimal yoldur

post-img

Üzdəniraq qonşularımızı tanıyandan bəri onlarda müşahidə etdiyimiz bu xüsusiyyət məhz belə deməyə əsas verir. 

30 il başqasının torpağını işğal et, orada daşı-daş üstdə qoyma, hər çür vəhşiliyə əl at, bütün bunlara görə la­yiqli cavabını al. Amma əməllərinə görə üzrxahlıq etmək əvəzinə, özünü “mələk” qiyafəsində qələmə verməyə çalışmaq, həqiqətən də tayı-bərabəri olmayan həyasızlıqdır.

Son günlər Laçın yolu ətrafında ya­ranmış vəziyyət barədə ermənilərin dün­yaya sırımağa çalışdıqları yalanlar da hayların həmişəki mərəzlərindən əl çək­mədiklərini göstərir. Bununla belə, ermə­nilərin son üç ildə sərgilədikləri davanışlar belə düşünməyə əsas verir ki, həyasızlı­ğa düçar olmuş ermənilərin Azərbay­canın qanun və qaydalarını qəbul et­məkdən savayı başqa yolları yoxdur. Hər bir ölkə öz ərazisində qayda-qanunu tətbiq etməkdə suveren hüquqlara malik­dir. İkinci Qarabağ müharibəsində qalib gəlmiş Azərbaycan da torpaq bütünlü­yünü bərpa etdikdən sonra azad edilmiş ərazilərində ölkə qanunlarına uyğun qay­dalar tətbiq edir. 

Laçın sərhəd nəzarət-buraxılış məntəqəsinin fəaliyyətə başlaması da məhz bu prosesin tərkib hissəsidir. Bun­dan əlavə, belə bir məntəqənin yaradıl­ması sərhədlərin müəyyən olunmadığı ölkə ilə – Ermənistanla Qarabağda ya­şayan erməni əsilli vətəndaşların müna­sibətlərinin tənzimlənməsində əhəmiy­yətli rol oynayır. Çünki ermənilər həmin yoldan öz maraqlarına uyğun istifadə et­məyə çalışırdılar. Ermənilərin tam başqa, reallığa uyğun olmayan hərəkətlərə yol vermələri Azərbaycanın Laçın sərhəd məntəqəsində nəzarətin gücləndirilməsi­ni və alternativ marşrutun təklif olunması zərurətini ortaya çıxardı. Əslində, Azər­baycan humanistlik nümayiş etdirir. Öz ərazisində yaşayan erməni əsilli vətən­daşlara zəruri məhsulların daşınmasına şərait yaradır. Ən əsası, rəsmi Bakının Ağdamdan Xankəndiyə gedən yoldan Qarabağ sakinlərinin humanitar ehtiyac­larının ödənilməsi üçün Beynəlxalq Qızıl Xaç Komitəsinə ünvanladığı təklif, əlbət­tə ki, maddi-texniki baxımdan qanuni və məqsədəuyğundur. 

Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel də Azərbaycanın Ağdam vasitə­silə Qarabağa humanitar yardım göstər­məyə hazır olduğunu bildirməklə, Aİ-nin də bu yola qarşı çıxmadığını təsdiqlə­mişdi. “Mən Azərbaycanın Ağdam va­sitəsilə humanitar yükləri bərabər şəkil­də həyata keçirməyə hazır olduğunu da qeyd etdim… BQXK-nın tibbi təxliyənin bərpasını da alqışlayıram”, – deyə Av­ropa İttifaqının rəhbəri bu yola dəstəyini bildirmişdi.

Analitiklər də hesab edirlər ki, Azər­baycan BQXK-yə Ağdam-Xankəndi yolu ilə Qarabağ erməniləri üçün humanitar yardımların aparılması təklifində həm maddi-texniki təminat, həm də beynəlxalq hüquq baxımından haqlıdır. 

Mütəxəssislər onu da vurğulayırlar ki, bu, Qarabağ bölgəsinin ermənilər yaşa­yan hissəsini təmin etməyin ən kəsə yolu­dur. Məlumdur ki, keçmiş SSRİ dövründə Qarabağın təchizatı məhz bu yol vasitə­silə həyata keçirilirdi. 1970-ci illərin son­larında Azərbaycan hökuməti də rayonun yol hərəkətini tamamlayan Xankəndiyə Bakı-Ağdam dəmir yolunun tikintisini başa çatdırmışdı. İndi logistika baxımından bu yol BQXK üçün Laçın marşrutundan daha əlverişlidir. Fakt budur ki, BQXK-nın Bər­də şəhərində nümayəndəliyi və müvafiq resurs bazası var. Bərdədən Ağdama 45 kilometr, Ağdamdan Xankəndinə isə cəmi 26 kilometrdir. Halbuki İrəvan ilə Xankən­di arasında məsafə 330 kilometrə bəra­bərdir.

Yeri gəlmişkən, Xankəndini Bakı­dan təxminən eyni məsafə ayırır və bu marşrutun üçdəikisi yüksək sürətli ma­gistraldır. Yəni, hətta Bakıdan da BQXK-nın çatdırılmaları daha rahat və tez həya­ta keçirə bilər. Təbii ki, Ağdam-Xankəndi yolundan istifadə təklifi rəsmi Bakının Qarabağ regionunun reinteqrasiyası is­tiqamətində həyata keçirdiyi kursa uy­ğundur.

Ancaq Ermənistan və onun xarici hi­mayədarları bu yoldan istifadə etmək istəmirlər və bununla da siyasi spekulya­siyaya yol verirlər. Əslində, ermənilərin bu imtinasını rasist yanaşma kimi də qiy­mətləndirmək olar. 

Ermənilər iddia edirlər ki, guya, İrə­vandan gətirilən məhsullar “daha yax­şıdır”. Maraqlıdır ki, erməniləri belə qə­naətə gəlməyə hansı meyarlar vadar edir? Azərbaycandan gətiriləcək qida məhsullarının keyfiyyətinin Ermənistan­dan gələn məhsulların keyfiyyətindən pis olduğunu təsdiqləyəcək hansı ölçülər və parametrlər var? Əllərində belə arqu­mentlər varmı? Əlbəttə ki, normal heç bir əsası yoxdur. Ermənilər belə bir iddianı ortaya atmaqla yalnız irqçi təfəkkürlərini bir daha dünyaya nümayiş etdirirlər.

Bu məsələdə diqqət çəkən daha bir mühüm məqam var. Heç soruşan varmı ki, Ermənistanda ƏDV-si ödənilmiş mal­lar nə üçün humanitar yardım adı altında Azərbaycana gətirilməlidir? Belə çıxır ki, Ermənistan humanitar yardım adı altında başqa ölkəyə göndərdiyi məhsullardan gəlir əldə edir. Buna heç bir halda yol ver­mək olmaz.

Bir sözlə, Azərbaycan Beynəlxalq Qır­mızı Xaç Komitəsinin təhlükəsizliyinə tam təminat verir, indiyədək nəinki Laçın yolun­da, ümumiyyətlə, münaqişənin 30 ilində onların avtomobilləri ilə bağlı heç bir insi­dent olmayıb. Ağdam–Xankəndi yolundan da istifadədə də hamını razı salan nəticə əldə olunacaq. Bunun əksini düşünənlər isə bağlı qapı arxasında qalacaqlar. Rəsmi Bakı buna tam zəmanət verir.

Səbuhi MƏMMƏDOV, “Xalq qəzeti”



Siyasət