Yanvar-avqust aylarında  nə qədər Ümumi Daxili Məhsul istehsal olunub

post-img

2025-ci ilin yanvar-avqust aylarında ölkədə 83037,8 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,0 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur. Dövlət Statistika Komitəsinin son əluatına görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,1 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 2,6 faiz artmışdır.

ÜDM istehsalının 34,9 faizi sənaye, 10,3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 6,3 faizi tikinti, 2,8 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrinin, 20,7 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,8 faizini təşkil etmişdir.

Əhalinin hər nəfərinə düşən ÜDM 8111,3 manata bərabər olmuşdur.

XQ

İqtisadiyyat