Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas deyib ki, İran və Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) arasında İranın nüvə obyektlərində yoxlamaların bərpasına dair razılaşma “nüvə diplomatiyası” üçün mühüm addım ola bilər. Məlumatı “Anadolu” verib.
Amerikanın X şirkətinin sosial şəbəkəsindəki paylaşımında Kallas Qahirədə razılıq əldə etdikdən sonra İranın xarici işlər naziri Abbas Əraqçi, MAQATE-nin direktoru Rafael Mariano Qrossi və Misirin xarici işlər naziri Bədr Abdulati ilə telefon danışığı apardığını bildirib.
Kallas göstərdiyi köməyə görə Misirə təşəkkür edib və deyib: “İranın nüvə obyektlərinin təftişinin bərpası ilə bağlı bugünkü çərçivə razılaşması, əgər İran onu həyata keçirmək üçün sürətlə hərəkət edərsə, nüvə diplomatiyası üçün mühüm addım ola bilər”.
Qeys üdək ki, Əraqçi və Qrossi yeni müqavilə layihəsini yekunlaşdırmaq üçün Qahirədə görüşüblər. Danışıqlardan sonra tərəflər İsrail və ABŞ-ın iyun ayında İrana endirdiyi zərbələrdən sonra dayandırılmış yoxlamaların bərpasına imkan verəcək saziş imzalayıblar.
P.Əmircanov
XQ