Baş Prokurorluğun hesabatı: yekunlar, vəzifələr

post-img

Dünən Azərbaycan Respublikasının Baş Prokurorluğunda videokonfrans rejimində 2023-cü ilin birinci yarımilinin yekunlarına dair geniş kollegiya iclası keçirilib.

Baş prokuror Kamran Əliyev pro­kurorluğun əsas fəaliyyət istiqamətləri üzrə görülən işlərə və statistik göstəri­cilərə istinad etməklə hesabat dövründə respublikada kriminogen durumun nə­zarətdə saxlanıldığını, daxili işlər və di­gər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə ölkəmizdə ictimai-siyasi sabitliyin qorunduğunu, cinayətkarlığa qarşı mü­barizənin gücləndirilməsi sahəsində zə­ruri tədbirlərin görüldüyünü qeyd edib.

Bildirilib ki, cari ilin birinci yarımilində ölkə ərazisində 19.533 cinayət qeydə alınmaqla onların 88,3 faizinin açılması təmin edilmiş, ümumilikdə ölkə üzrə cəmi 9946 cinayət işinin istintaqı tamamlan­mışdır ki, bunlardan 674-ü prokurorluq orqanlarında istintaq edilmişdir.

Bu müddət ərzində prokurorluq orqanları tərəfindən 452, ümumilikdə isə digər istintaq qurumları ilə birgə 8184 cinayət işinin ibtidai istintaqı yekunlaş­dırılaraq baxılması üçün məhkəmələrə göndərilmişdir ki, ibtidai istintaqı tamam­lanmış cinayət işləri üzrə ümumilikdə 151 milyon 424 min manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilərək istin­taq tədbirləri ilə onun 40,2 faizinin, yəni 60 milyon 860 min manat hissəsinin ödə­nilməsinə nail olunmuşdur.

Prokurorluq orqanlarında ibtidai is­tintaqı aparılaraq yekunlaşmış cinayət işləri üzrə ümumilikdə 43 milyon 136 min manat məbləğində maddi ziyan vuruldu­ğu müəyyən edilərək istintaq tədbirləri ilə onun 40,4 faizinin, yəni 17 milyon 407 min manat hissəsinin ödənilməsinə nail olunmuşdur.

Xüsusi qeyd edilib ki, prokurorluqda aparılan müasir məzmunlu islahat tədbir­lərinin davamı kimi qurumun maddi-tex­niki bazasının möhkəmləndirilməsi, el­mi-texniki nailiyyətlərdən istifadə etməklə fəaliyyətdə səmərəliliyinin artırılması işin­də müstəsna önəmə malik cənab Prezi­dentin 7 may 2021-ci il tarixli Fərmanında öz əksini tapmış “Elektron prokurorluq” informasiya sistemi artıq prokurorluq orqanlarının tam istifadəsinə verilmişdir. 

Hesabat dövründə dövlət başçısının siyasi fəaliyyətinin prioritet istiqamətlə­rindən olan korrupsiyaya, rüşvətxorluğa qarşı barışmaz mübarizənin ötən dövr­lərdə olduğu kimi davam etdirilərək Baş prokuror yanında Korrupsiyaya qarşı Mü­barizə Baş İdarəsi tərəfindən ölkə vətən­daşlarını ciddi narahat edən korrupsiya cinayətlərinin və hüquqpozmalarının daha geniş yayıldığı idarəçilik və xidmət sahələri aşkar edilməklə təqsirli şəxslərin məhkəmə məsuliyyətinə verildiyi bildiri­lib. 

Qeyd olunub ki, cari ilin birinci yarı­milində korrupsiya hüquqpozmasına yol vermiş 218 şəxs barəsində 144 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilmiş, 3 mil­yon 996 min manat məbləğində ziyanın ödənilməsi təmin edilib, 3 milyon 578 min manat məbləğində əmlak üzərinə həbs qoyulub.

Bundan əlavə, hesabat dövründə aparılmış araşdırmalar nəticəsində yol verilmiş qanun pozuntularının aradan qaldırılması və gələcəkdə bir daha təkrar törədilməməsi, həmçinin cinayətin törədilməsinə şərait yaradan halların aradan qaldırılması məqsədilə aidiyyəti müəssisə və təşkilatların rəhbərlərinə 118 təqdimat verilib. 

Bu müddət ərzində Baş İdarənin əməliyyat qurumları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində 28 şəxs cinayət başında yaxalanıb, əmə­liyyat üsul və vasitələrindən istifadə et­məklə korrupsiya hüquqpozmaları barə­də əldə edilmiş məlumatlar əsasında 85 cinayət işi başlanıb. 

Cari ilin birinci yarımilində istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətin­də qanunların icrasına nəzarətin səmərə­liliyinin artırılması məqsədilə prosessual rəhbərlik və effektiv nəzarətin həyata keçirilməsini təmin edəcək mexanizmin təkmilləşdirilməsi üçün zəruri tədbirlər görülməklə cinayət işləri üzrə icraata xi­tam verilməsinə dair 310 qərar əsassız və qanunsuz hesab edilərək ləğv olunub.

2023-cü ilin birinci yarımili ərzin­də cinayət təqibindən kənar icraatlarla əlaqədar inzibati xəta haqqında protokol tərtib etmək səlahiyyətinə malik qurum­larla işgüzar əlaqələrin qurulması təmin olunmaqla 733 inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilib.

Kollegiya iclasında qeyd edilib ki, ötən yarımildə xidməti, icra və əmək in­tizamının daha da möhkəmləndirilməsi, fəaliyyətlərində qanunsuzluq halları­na və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verən işçilərə münasibət­də tələbkarlıq artırılıb, aparılmış xidməti yoxlamalar nəticəsində müxtəlif xətalar törətdiklərinə görə 25 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib ki, on­lardan 16-na töhmət və ya şiddətli töh­mət elan edilib, 7 nəfər vəzifədən azad edilib, 1 nəfərə irad tutulub, 1 nəfər isə prokurorluq orqanlarından xaric edilib. 

Hesabat dövründə prokurorluq orqanlarının beynəlxalq nüfuzunun artı­rılması istiqamətində xarici ölkələrin mü­vafiq orqanları və beynəlxalq təşkilatlarla əlaqələr genişlənib, Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin həyata keçirdiyi tədbirlərlə ağır və xüsu­silə ağır cinayətlərdə ittiham olunan 12 nəfər təqsirləndirilən şəxsin ölkə xaricin­dən ekstradisiyası təmin edilib.

Vurğulanıb ki, 2023-cü ilin birinci yarımilində də vətəndaş müraciətlərinə baxılması və onların qəbulu işinin düz­gün təşkili daim diqqətdə saxlanılmış, Elm-Tədris Mərkəzi tərəfindən prokuror­luq işçilərinin və digər hüquq mühafizə orqanlarının əməkdaşlarının peşə hazır­lığının artırılması üçün təlimlər keçirilmiş­dir.

Kollegiya iclasında hesabat dövrü ərzində görülmüş müsbət işlərlə yanaşı, fəaliyyət istiqamətləri üzrə işin səmərə­liliyinə mənfi təsir göstərən hallar Baş Prokurorluğun müvafiq struktur qurumla­rının rəhbərlərinin iştirakı ilə ətraflı təhlil olunmuşdur. 

Daha sonra Sumqayıt şəhər, Laçın, Qazax rayon və Qubadlı hərbi prokuror­ları hesabat dövründə görülmüş işlərlə bağlı, Baş Prokurorluğun Kadrlar idarə­sinin rəisi isə “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq icrası həvalə olunmuş vəzifələrə təyinat­lara razılıq verilməsi barədə məruzələrlə çıxış edib, müzakirələr ətrafında fikir mü­badiləsi aparılmaqla qarşıda duran və­zifələrə dair tapşırıqlar verilib.

Kollegiya iclasına yekun vuran Baş prokuror Kamran Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə hə­yata keçirilən uğurlu dövlətçilik siyasətini hərtərəfli dəstəkləyən prokurorluq orqan­larının bundan sonra da digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə ictimai-siyasi sabitliyin və əmin-amanlı­ğın qorunması, cinayətkarlığa qarşı mü­barizənin gücləndirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi üçün zəruri tədbirlərin görülməsini təmin edə­cəyinə əminliyini ifadə edib.

 

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

Son xəbərlər