Füzuli və Xocavənddə yanğın törədən şəxslər saxlanılıblar

post-img

Sentyabr ayının 9-da Füzuli rayonunun Əhmədalılar və Xocavənd rayonun Qırmızı Bazar qəsəbəsinin ərazisində yanğın hadisəsi törədən şəxslər polis əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb olunublar. 

DİN-in Mətbuat Xidmətinin regional qrupundan XQ-yə verilən məlumatda bildirilib ki, araşdırmalarla yanğını müvafiq olaraq 1964-cü il təvəllüdlü Süleyman Məmmədov və 2001-ci il təvəllüdlü Kənan Abdullayevin törətdikləri müəyyən olunub. Hər iki hadisə nəticəsində 1 hektardan artıq ərazidə quru ot sahəsi yanıb.Onların barəsində inzibati qanunvericiliyə uyğun 400 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq olunub.

N.Adilqızı
XQ

Hadisə