Mahruzlu kəndinin nümayəndələri ilə görüş

post-img

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi və Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti tərəfindən Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında yenidən tikiləcək şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin sakinləri ilə görüşlər davam edir. 

Növbəti görüş Qubadlı rayonunun Mahruzlu kəndinin nümayəndələri ilə ke­çirilib. Belə görüşlərin əsas məqsədi əra­zilərin tarixi, mədəni irsi və sosial dəyər­ləri, digər xüsusiyyətləri barədə ətraflı məlumat toplamaq və yaşayış yerlərinin yeni konsepsiyasını sakinlərə təqdim et­məkdir.

Qubadlı rayonunun Mahruzlu kəndinin nümayəndələri ilə keçirilən görüşdə kənd sakinlərinə layihələndirilən ərazi barədə ətraflı məlumat təqdim olunmuş və onla­rı maraqlandıran suallar cavablandırılıb. Bundan başqa, sakinlərin öz kəndləri barədə istək və təklifləri dinlənilib, onlarla fikir mübadiləsi aparılıb. 

“Xalq qəzeti”

Son xəbərlər