Özbəkistanın Baş naziri Füzuli rayonunda

post-img

Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov işğaldan azad olunmuş Füzuli şəhərinə səfər edib. 

Abdulla Aripov əvvəlcə Füzuli Bey­nəlxalq Hava Limanına gəlib. 

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azər­baycan Respublikası Prezidentinin xüsu­si nümayəndəsi Emin Hüseynov qonağa Füzulidə gedən təmir, bərpa və quruculuq işləri, şəhərin inkişaf perspektivləri, eləcə də investisiya potensialı barədə geniş mə­lumat verib. 

A.Aripov 30 ilə yaxın işğal altında qalmış Füzulidə törədilmiş vandalizmin izlərinin şahidi olub. Baş nazirə şəhərin dağıntılara məruz qalmış tikililəri, terrora uğramış təbiəti barədə də məlumat verilib. 

Sonra Füzuli şəhərində Özbəkistan tərəfindən inşa olunan və tikinti prosesi davam edən məktəbə baxış keçirilib. 

Qeyd olunub ki, Füzuli şəhərində həm yaşayış binalarının, həm də orta məktəbin tikintisinin yaxın müddətdə tamamlanma­sı və Böyük Qayıdış Proqramının icrasına əsasən ilk sakinlərin köçürülməsi planlaş­dırılır.

Baş nazir Abdulla Aripov məktəbin ti­kintisində çalışan özbəkistanlı inşaatçılar­la görüşüb, xatirə şəkli çəkdirib.

Son xəbərlər