Abdulla Aripov Bakı Limanında

post-img

İki ölkə arasında əməkdaşlığın artırılması, Orta Dəhlizdə ticarət imkanlarının gücləndirilməsi və yeni potensialların müəyyən edilməsi məqsədilə Özbəkistanın Baş nazirinin başçılıq etdiyi nümayəndə heyəti Bakı Limanında olub. 

Bakı Limanından bildirilib ki, nəqliyyat, energetika, investi­siya və ticarət sahələrinin rəhbər şəxslərinin də təmsil olduğu nümayəndə heyəti Bakı Limanının texniki imkanları, yükaşırma həcmi və terminalların iş prinsipi ilə tanış olub. Səfər zamanı qo­naqlara Bakı Limanında inşası davam edən və yaxın gələcəkdə icrası nəzərdə tutulan infrastruktur layihələri barədə məlumat ve­rilib, sualları cavablandırılıb.

Qeyd edək ki, 2018-ci ildən 2023-cü ilin ikinci rübünədək Bakı Limanı və Özbəkistan arasında hər iki istiqamət üzrə 18 min TEU konteyner, 22 min vaqon və 23 mindən çox təkərli tex­nika daşınıb.

Son xəbərlər