“Azexport” portalı ilk sərbəst satış sertifikatını təqdim edib

post-img

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu azexport.az portalı növbəti sərbəst satış sertifikatını (Certificate of Free Sale) təqdim edib.

Sertifikat Azərbaycanda istehsal olunan bioloji fəallığa malik qida əlavəsi məhsulu­nun Gürcüstan Respublikasına ixracı üçün nəzərdə tutulub. Portalın rəhbəri Ayxan Qə­dəşov bildirib ki, qeyd olunan məhsullar ser­tifikatın olmaması səbəbi ilə digər ölkələrdən alınırdı. “Azexport” portalı tərəfindən sərbəst satış sertifikatının təqdimatından sonra bu məhsullar Azərbaycandan alınacaq. Bununla yanaşı, istehsalçı şirkət bənzər kateqoriyadan olan məhsullar üçün də sertifikat alaraq ixrac coğrafiyasını genişləndirməyi planlaşdırır. 

Qeyd edək ki, sərbəst satış sertifika­tı Azərbaycan Prezidentinin 12 sentyabr 2017-ci il tarixli fərmanına uyğun olaraq “Azexport” portalı tərəfindən təqdim olunur. Sertifikat ixrac olunan malın Azərbaycan Respublikasında sərbəst dövriyyədə olduğu­nu, aidiyyəti dövlət orqanları və qurumları tərəfindən sertifikatlaşdırıldığını və standart­lara cavab verdiyini təsdiqləyir. 

Ümumilikdə, 2018-ci ilin aprelindən cari il iyul ayına kimi 653 adda məhsula sərbəst satış sertifikatı təqdim olunub. Sertifikatın verilməsi “Made in Azerbaijan” məhsulla­rının əvvəllər ixracında çətinliklər yaranmış 100-dən artıq Amerika, Asiya, Okeaniya, Av­ropa və Körfəz ölkəsinə ixracını asanlaşdırıb.

“Xalq qəzeti”

Son xəbərlər