Fövqəladə Hallar Nazirliyinin növbəti yanğın təlimi

post-img

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Dövlət Yanğın Nəzarəti xidmətləri Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsi,11B,15B,17B,19B ünvanlarında yerləşən “Real” MTK-ya məxsus çoxmərtəbəli yaşayış kompleksində təlim keçirib.

Təlim “şərti yanğın” həyəcan siqnalı ilə yanğın texnikalarının yaşayış binasına, həmçinin su hovuzuna yaxınlaşa bilmə­si və ümumilikdə ərazidəki yanğına qar­şı əməliyyat şəraitinin qiymətləndirilməsi məqsədilə keçirilib.

Təlim zamanı şəxsi nəqliyyat vasitələri­nin nizamsız park edilməsi və süni maneə səbəbindən yanğın avtomobillərinin yaşayış binasına və su hovuzuna sərbəst şəkildə ya­xınlaşa bilmədiyi müəyyən olunub. Bundan əlavə, nasosxananın sistemə qoşulu olma­dığı, binanın ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin olunmadığı, daxili yanğın su kranlarının tam komplektləşdirilmədiyi, qə­za-işıqlandırma sisteminin olmadığı və ele­ktrik təsərrüfatının “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə ca­vab vermədiyi və yanğın xəbərverici siqnali­zasiya qurğusunun işlək vəziyyətdə olmadığı da müəyyən edilib.

Qeyd olunan nöqsanların aradan qaldırıl­ması barədə yaşayış kompleksinin yanğın təhlükəsizliyinə məsul şəxslərinə şifahi və yazılı “tapşırıqlar” verilib, eyni zamanda yaşayış kompleksinin sakinləri ilə yanğın tə­hlükəsizliyinin təmin olunması barədə maari­fləndirici söhbətlər aparılıb.

Nəzərə çatdırılıb ki, yanğın və digər fövqəladə hadisələr zamanı xilasetmə və yanğınsöndürmə avtomobillərinin, digər iriqabaritli xüsusi təyinatlı texnikaların bi­naların həyətinə maneəsiz daxil olması, çe­vik şəkildə döyüş vəziyyətinə gətirilməsi və əməliyyatların effektli keçirilməsi, habelə su hovuzları və hidrantlardan rahat istifadə üçün avtomobillər yalnız təyin olunmuş yerlərdə, bir-biri ilə ara məsafəsi gözləməklə, digər avtomobillərin sərbəst keçid imkanı təmin olunmaqla park edilməlidir.

Son xəbərlər