Daha 18 ailə Laçına köçürülüb

post-img

Dünən səhər saatlarında Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola çıxan növbəti köç karvanı Laçına çatıb. Yenidən qurulan Laçın şəhəri bu dəfə 18 ailəyə qucaq açıb və daha 73 laçınlının yurd həsrəti bitib.

Bununla da, Laçın şəhərində indiyədək 111 ailənin, yəni 424 nəfərin daimi məskunlaşması təmin edilib.

Son xəbərlər