Ulu öndər milli-mənəvi dəyərlərimizin misilsiz himayədarı idi

post-img

Ölkəmizdə elə bir sahə yoxdur ki, orada ümummilli lider Heydər Əliyevin diqqət və qayğısı, tarixi rolu hiss olunmasın. Unudulmaz dahi şəxsiyyət hakimiyyətdə ol­duğu bütün dövrlərdə milli-mənə­vi dəyərlərimizin qorunması üçün yorulmadan çalışıb. Mədəni irsi­mizin, milli incəsənətimizin inki­şafına Ümummilli liderin verdiyi töhfələr danılmazdır. 

Ulu öndər hər zaman mədəniy­yəti ölkənin ümumi inkişafının vacib cəbhəsi hesab edirdi. Buna görə də mədəniyyət sahəsi üzrə həm qanun­vericilik bazasının hazırlanmasını, həm də yaradıcı fəaliyyətin təbliğ və təşviqini diqqətdə saxlayırdı. Ölkəmi­zin tarixinin, mədəniyyətinin, dünya­da təbliğ edilməsinin nəticəsi olaraq indi bir çox milli-mədəni sərvət nü­munəmiz UNESCO-nun qeyri-mad­di mədəni irs siyahısına daxil edilib. Bəşəriyyətin mənəvi xəzinəsində yer alan bu incilər sırasında min illərdən bəri xalqımızın yaratdığı, qoruyub in­kişaf etdirdiyi folklor, aşıq sənəti nü­munələri də var. 

Bu yazıda ümummilli liderin həm sovet Azərbaycanına rəhbərliyi (1969-1982) dövründə, həm də müstəqillik dönəmində aşıq sənətinə, folklorumuza diqqət və qayğısından söz açmaq istəyirəm. Öncə onu deyim ki, mənim də üzvü olduğum Aşıqlar Birliyi 1984-cü ildə yaradılsa da, artıq ötən əsrin 70-ci illərindən etibarən Azərbaycanda yeni milli oyanış, müstəqillik, mənəvi dəyərlərə qayıdış prosesi başlamışdı. 

On illərlə məqsədli şəkildə diqqət­dən kənarda qalmış, aşkar sayğısız­lıq göstərilmiş folklora, aşıq sənətinə məhz Heydər Əliyev yenidən fəaliyyət meydanı yaratdı. Bu münasibət təkcə söz–tapşırıq olaraq qalmadı, milliləş­mə dalğası canlı tədbirlərdən tutmuş, radio efirinə, televiziya ekranına qədər genişləndi. O illərə qədər bu səpkidə mədəniyyət-incəsənət tədbirləri ya az olurdu, ya da diqqət çəkmirdi. Həmin dövrdə ərsəyə gətirilən “Ozan” televiz­ya və “Bulaq”, radio verilişləri xalqımı­zın böyük marağına səbəb olmuşdu. 1969-cu ilin noyabr ayında Azərbaycan radiosunda “Xalq yaradıcılığı bulağı” adı ilə efirə çıxan veriliş 1970-ci ildən “Bulaq” adlandırıldı. Xalqımızın zəngin deyim-duyum tərzi, əsrlərin o üzündən baş alıb gələn ulu söz xəzinəsi evlərə “ayaq açdı”. 

Aşıqların yaradıcılıqlarının dərin­dən öyrənilməsi, bölgələrdə onların konsertlərinin, görüşlərinin təşkil edil­məsi, bu sahənin elmi araşdırılması, sənədli filmlərin çəkilməsi ədəbi-mə­dəni yaddaşımıza göstərilən diqqətin nəticəsi idi.

1970–80-ci illərdə aşıqlardan Hü­seyn Bozalqanlı, Vəli Miskinli, Hüseyn Cavan, Ədalət Nəsibov, Şəmşir Qo­cayev, Şakir Hacıyev və digər məşhur sənətkarlar el-obada daha geniş şöh­rət qazandılar, bu ulu sənətin təbliğinə öz töhfələrini verməyə başladılar.

Aşıq Ələsgərin 1972-ci ildə 150 illik, Aşıq Alının 1981-ci ildə 180 illik, Aşıq Şəmşirin 2003-cü ildə 110 illik yubiley­lərinin təşkili Ulu öndərin təşəbbüsü və tapşırığı ilə reallaşmışdı.

Əməkdar elm xadimi, professor, Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı Aşıq Ələsgər irsinə dövlət qayğısından bəhs edərək yazır: “1972-ci ildə Heydər Əliyevin böyük si­yasi nüfuzu sayəsində Aşıq Ələsgərin 150 illik yubiley tədbiri Bakı ilə yanaşı, Moskvada da ən yüksək səviyyədə ke­çirildi. Yubiley tədbirlərinin keçmiş itti­faq miqyasındakı böyük əks-sədası o vaxt hətta Eermənistanı da Aşıq Ələs­gərin 150 illiyini qeyd etmək məcbu­riyyətində qoydu. Belə ki, Ermənistan SSR ərazisində olan Göyçə mahalında Aşıq Ələsgərin vətəni Ağkilsə kəndin­də böyük sənətkarın əzəmətli qəbirüs­tü abidəsi ucaldıldı. Bu, həmin dövrdə Heydər Əliyevin nüfuzu sayəsində əldə edilmiş parlaq bir nailiyyət idi”.

“Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə ya­şayacaq, həmişə inkişaf edəcəkdir”, – deyən Ümummilli liderin fikrincə, mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləş­dirir. Heydər Əliyevin bu sahəyə qayğı­sı nəticəsində Azərbaycan aşıqlarının təşkilatlanması istiqamətində də mü­hüm addımlar atılıb. Azərbaycan Aşıq­lar Birliyi (1982), qadın aşıq və şairlər­dən ibarət “Aşıq Pəri” məclisi (1984) yaradılıb, “Bayatı bayramı”, “Dastan gecəsi”, “Qurbani saz bayramı” və s. layihələr həyata keçirilib. Həmin dövr­də Azərbaycan Aşıqlar Birliyinin əsası­nı qoymuş və ilk sədri olmuş Xalq şairi Hüseyn Arifə respublikanın Dövlət mü­kafatı verilib.

Bəli, xalqın zəngin mənəvi dün­yasının öyrənilməsi məsələsi Heydər Əliyevin elm və mədəniyyət quruculu­ğu siyasətinin tərkib hissəsi kimi daim diqqət mərkəzində olub. Milli dövlət quruculuğunun ilk illərində, 1994-cü ilin martında görkəmli tənqidçi, ədəbiyyat­şünas Yaşar Qarayevin ideya müəllifli­yi və təşəbbüsü ilə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun nəzdində “Folklor Sarayı” Elmi-Mədəni Mərkəzi­nin fəaliyyətə başlaması və daha son­ra onun bazasında Folklor İnstitutunun təşkili dövlət siyasəti səviyyəsində milli-mənəvi dəyərlərə artan marağın təzahürü, milli-ideoloji işin elmi meyar­larla kompleksləşdirilməsinin göstərici­si idi.

Heydər Əliyev “Koroğlu” dastanı haqqında söyləmişdir: “Koroğlu” dasta­nı ona görə sevilibdir ki, xalqın həyatı, gələcəyi üçün ən əhəmiyyətli fikirlər o dastanda cəm olubdur. Bu dastanı nəinki xalqımıza, bütün dünya ictima­iyyətinə daha da təsirli şəkildə çatdır­maq, tanıtdırmaq üçün Üzeyir Hacıbə­yovun “Koroğlu” operasını yaratması mədəniyyətimizdə böyük inqilabi ha­disədir”.

Ulu öndər “Kitabi-Dədə Qorqud” dastanına münasibətdə də mədəniyyə­timizin, folklorumuzun gerçək himayə­darı olduğunu ortaya qoyub. 2000-ci ildə təkcə Azərbaycanda və türk res­publikaları arasında deyil, dünyada belə heyrətlə qarşılanan “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubile­yinin UNESCO səviyyəsində təntənə­li şəkildə keçirilməsi məhz Heydər Əliyevin adı ilə bağlıdır. Bu, böyük mə­dəni hadisə idi. Bununla Azərbaycan xalqı öz milli dəyərlərini, qədim söz abi­dəsini bir daha dünyaya nümayiş etdir­di. Dahi siyasətçi “Kitabi-Dədə Qorqud” dastanını yüksək qiymətləndirərək de­mişdi: “Dədə Qorqud”un kinoya salın­ması tariximiz üçün nə qədər böyük hadisədir! Nə üçün? Çünki, gəlin, açıq danışaq, elə özümüzün içərisində də çoxları “Dədə Qorqud”u yaxşı bilmirlər, “Dədə Qorqud”un, Azərbaycan xalqı­nın kökünü yaxşı bilmirlər”.

Yeri gəlmişkən, onu da qeyd edim ki, hazırda mənim çalışdığım, res­publikada yeganə olan Gədəbəy Aşıq Məktəbi də ulu öndərin milli dəyərlərə yönəlmiş siyasətinin təzahürüdür. Təh­sil ocağında Dədə Qorqud yadigarı ozan sənətinin gələcək nəsillərə çat­dırılması istiqamətində məqsədyönlü iş aparılır. Azərbaycan aşıq sənətinin 2009-cu ildə UNESCO-nun “Bəşəriy­yətin qeyri-maddi mədəni irsinin Rep­rezentativ Siyahısı”na daxil edilməsi də bu sahədə qazanılan uğurlardandır. 

Bu gün dövlətimizin diqqət və qay­ğısı altında xalq yaradıcılığının müxtə­lif istiqamətləri üzrə toplama, tərtib və nəşr layihələri reallaşdırılır. Mədəniy­yət Nazirliyi tərəfindən də aşıq sənə­tinin yaşadılmasına və təbliğinə qayğı ilə yanaşılır, keçirilən festival və müsa­biqələrdə, konsertlərdə aşıq sənətinə də diqqət yetirilir. Azərbaycanın zən­gin mədəniyyətinin və tarixinin bundan sonra da dünyada tanıdılması və təbliğ olunmasında Heydər Əliyevin təməlini qoyduğu yolun, onun irsinin əhəmiyyəti böyükdür. 

Ulu öndər tərəfindən qoyulmuş bu siyasəti möhtərəm Prezidentimiz İlham Əliyev layiqincə davam etdirir. 2013-cü ildə möhtərəm Prezidentimiz İlham Əli­yevin Gədəbəy Aşıq Musiqi Məktəbinin açılışında iştirakı və orada söylədiyi dərin məzmunlu nitq aşıq sənətinə qə­dirbilən münasibətin təzahürüdür. 

Heydər Əliyev Fondu da bu yöndə məqsədyönlü fəaliyyət göstərir. Bütün bu diqqətin, qayğının təməlində Ulu öndərin ozan-aşıq sənətinə məhəbbəti durur. 

 

Etibar ƏLİYEV,
AYB-nin və Aşıqlar Birliyinin üzvü,

Gədəbəy rayonu

Sosial həyat