Baş prokuror Biləsuvarda vətəndaşlarla görüşüb

post-img

İyulun 18-i Baş prokuror Kamran Əliyev Biləsuvar Rayon Prokurorluğunun inzibati binasında Biləsuvar, Cəlilabad, Neftçala və digər rayonlardan olan vətəndaşları qəbul edib.

Qəbulda iştirak edən 91 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsi, mülki xarakterli mübahisələr, habelə so­sial problemlərlə bağlı qaldırdığı məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün Kamran Əliyev müvafiq göstə­rişlər verib.

Qəbuldan sonra Baş prokuror əməkdaşlarla görüşlər keçirməklə onlara konkret tapşırıqlar verib.

Həmçinin, Baş prokuror Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 may tarixli Fərmanı əsasında yaradılan və Azərbaycan Respublikası prokurorluq orqanlarının fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təmin edən “Elektron prokurorluq” informasiya sisteminin fəaliyyəti ilə yerində tanış olub. 

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

Son xəbərlər