Rəşad Nəbiyev Pakistana rəsmi səfər edib

post-img

Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri  Rəşad Nəbiyev Pakistana rəsmi səfər edib.

COMSATS Katibliyinə səfəri zamanı nazir COMSATS-ın icraçı direktoru Mohammad Nafees Zəkəriyyə ilə ikitərəfli görüş keçirib. Onlar əməkdaşlıq üçün texnoloji layihələr, xüsusilə İT və rəqəmsallaşmaya dair bir sıra ideyaları müzakirə ediblər.

Nazir, həmçinin COMSATS ilə Azərbaycanın İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (IDDA) arasında bacarıqların inkişafı üçün İKT və Texnologiyalar üzrə Təlim Proqramı Anlaşma Memorandumunun imzalanmasında da iştirak edib.

Fidan HÜQUQQIZI,

“Xalq qəzeti”

 

 

 

 





Son xəbərlər