219 milyon 430 min manatlıq narkotik vasitə dövriyyədən çıxatılb. Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan məlumat verilib.
Bildirilib ki, bu ilin yanvar-iyun ayları ərzində kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində 5881 cinayət faktı aşkarlanıb.
Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 4 ton 623 kiloqram 28,027 qram narkotik vasitənin və psixotrop maddənin 1 ton 517 kiloqram 650,954 qramını heroin, 2 ton 510 kiloqram 387,573 qramını marixuana, 183 kiloqram 113,261 qramını tiryək, 50 kiloqram 885,902 qramını həşiş, 247 kiloqram 7,907 qramını psixotrop maddələr, 113 kiloqram 982,43 qramını digər narkotik vasitələr təşkil edib. Həmçinin göstərilən dövr ərzində 38418 ədəd həb metadon, 8476 ədəd çətənə bitkisi, eləcə də 3 kiloqram 153,268 qram, 7631 ədəd kapsul və 953 ədəd həb güclü təsir edən maddə və 40,682 qram prekursor qanunsuz dövriyyədən götürülüb.
Hesabat dövründə Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 298,98 hektar sahədən çəkisi 147 ton 477 kiloqram 276,98 qram olan 438 min 18 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilib.
Bu ilin yanvar-iyun aylarında qanunsuz dövriyyədən götürülmüş 4 ton 623 kiloqram 28,027 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 219 milyon 430 min manat kimi qiymətləndirilir.
“Xalq qəzeti”