“Özündə zorakılığa çağırış yetişdirən nifrətin təbliğatı bütün ölkələrdə qadağan olunmalıdır”. BMT-nin insan haqları üzrə ali komissarı Folker Türk bu sözləri qurumun Cenevrədə keçirilən 53-cü sessiyasında çıxış edərkən deyib. Müsəlmanların müqəddəs kitabı Quranın təhqir olunması aktları ilə bağlı BMT çərçivəsində təcili debatlar İslam Əməkdaşlıq Təşkilatının bir neçə üzvü adından Pakistanın təklifi əsasında təşkil olunub.
Ramazan ayı ərzində hər cümə günü İsveç paytaxtında sağ radikal təmayüllü siyasi cərəyanın üzvləri tərəfindən Quranın nümayişkaranə şəkildə, polisin müşayiəti ilə yandırılmasına dünya müsəlmanlarının kütləvi etirazları BMT-ni hərəkətə keçməyə məcbur etdi. Beynəlxalq qurumun insan haqları üzrə Ali Komissarlığının Pakistanın tələbi ilə təcili müzakirələr təşkil etməsi, nəhayət, bu vandalizm aktlarının, sadəcə, bir dövlətə, bir dinə, bir səmavi kitaba qarşı törədilmədiyini ən yüksək səviyyədə başa düşülmənin təzahürü saymaq olar.
Çıxışında “Zorakılığa, ayrı-seçkiliyə və düşmənçiliyə təhrik edən nifrətin təbliği hər bir dövlətdə qadağan olunmalıdır. Bütün cəmiyyətlərdə nifrətin dili ilə dialoqun, təhsilin, məlumatlılığın artırılması, konfessiyalararası və icmalararası qarşılıqlı fəaliyyət və dövlət siyasətinin digər alətləri vasitəsilə mübarizə aparmaq vacibdir”, – deyən ali komissarın sözlərinə görə, yaranmış hazırki vəziyyətdə “siyasi və dini liderlər xüsusilə önəmli rol oynamalı”, təkcə öz icmalarına münasibətdə deyil, eyni zamanda, hücuma məruz qalmış istənilən qrupa qarşı hörmətsizlik və dözümsüzlük hallarına qarşı təcili və qəti çıxış etməlidirlər. Ali komissar çıxışını belə tamamlayıb: “Xaos tacirlərinə bizi öz şəbəkələrinə çəkmələrinə və özlərinin siyasi faydaları üçün istifadə etmələrinə imkan vermək olmaz”.
Son vaxtlar Avropanın bir sıra ölkələrində müxtəlif formalarda özünü büruzə verən dini və etnik nifrətin artması halları “həyəcan təbili”ni çalmağın vaxtının çatdığından xəbər verir. BMT-nin mətbuat xidmətinin bir qədər əvvəl yaydığı məlumatında bu təhlükəli təmayülə diqqət yetirilməsinin vacibliyi vurğulanırdı. Cenevrədə insan haqları üzrə Ali Komissarlığın 53-cü sessiyası çərçivəsində mövzu ətrafında debatlar bu gün də davam etdiriləcək. Müzakirələrin sonunda Quranın təhqir olunması aktlarının pislənilməsi ilə bağlı Pakistanın hazırladığı qətnamə layihəsinin qəbul ediləcəyi gözlənilir.
* * *
Məhz Türk dünyasına bəslədiyi dini-etnik nifrətin ucbatından daşnaklaşmış haylar bizə qarşı kütləvi qırğınlar, soyqırımları törədiblər. Bəli, dini-etnik zorakılığa təhrik edən nifrətin təbliğatına dünya “yox!” deməlidir. Belə hərəkətlər cinayət əməli sayılmalıdır.
Bu gün Hayastan cəmiyyətində xalqımıza münasibətdə nifrətdən doğan nitqlər, hayqırtılar, zorakılıqlar, cinayətlər baş alıb gedir. Yüz beş il əvvəl Mart soyqırımında azərbaycanlı hamilə qadının qarnını yarıb, çağanı süngüyə taxan vəhşiləşmiş daşnakla dumanlı havada yolu azıb ərazilərinə keçmiş 20 yaşlı əsgərimizi vəhşicəsinə döymələrini lentə alaraq, həmin görüntüləri sosial şəbəkədə yayan XXI əsrin azğın ermənisi arasında hansı fərqi görürsünüz? Belə davranışın sıravi haylarla yanaşı, siyasətçilər tərəfindən də törədildiyini mütəmadi olaraq izləyirik. Onların başqalarına qarşı kin-küdurət, nifrətlə dolu çıxışları iki xalq arasında bərpası mümkün olmayan, dözümsüz bir mühitin formalaşmasına gətirib çıxarıb. Bunun adı anadangəlmə qüsur, sağalmaz xəstəlikdir.
Bir millət olaraq ermənilərin psixologiyasını birmənalı xarakterizə etmək mümkün deyil. Hayların milli psixologiyası özlərini başqalarından, digər millətlərdən, ələlxüsus da qonşularından üstün tutmaq, “ari” irqdən olduqlarını xəyal etmək kimi naqis cəhətləri ilə tanınıb. Haylar beyinlərini yumuş utopik ideyaların nəticəsi olaraq elə düşünürlər ki, bu dünyada yaranan ən qədim, sivilizasiyanın adı ilə bağlı nə varsa, hamısı onlara məxsusdur. “Etnik xarakterin böhranı” kimi diaqnoza malik xəstəliyə mübtəla olan fərd, toplum nə düşüncəsinə, nə danışığına, nə də hərəkətinə nəzarət edə bilir.
Hayların ictimai şüurunda kütləvi psixoz əlamətləri var və bu vəziyyətdə qəbul edilən qərarların hamısının yanlış, anti-bəşəri, anti-humanist ruhlu olacağı şübhəsizdir. Təəssüf hissi ilə deməyə məcburuq ki, bu “kosmik etnos” Cənubi Qafqazda çoxları üçün hələ uzun müddət başağrısı olaraq qalacaq.
Biz bunu arzulamırıq. Əslində, XXI əsrin insanına yaraşmayan ifrat şovinist çıxışlar, ilk növbədə, həmin millətin başbilənlərini narahat etməlidir. Məsələnin hüquqi tərəfinə gəldikdə isə onu da deməliyik ki, Ermənistan hökuməti imzasını atdığı müvafiq konvensiyaların şərtlərinə əsasən boynuna götürdüyü beynəlxalq öhdəliklərə riayət etməli, etnik, dini mənsubiyyətə görə ayrı-seçkiliyə yol verməməli, azərbaycanlılara, bütövlükdə, Türk dünyasına qarşı nifrət siyasətindən əl çəkməlidir. Məhz bu halda onların ağır millətçilik mərəzindən qurtulmaq şansları var...
İmran BƏDİRXANLI, “Xalq qəzeti”