Türkiyə Prezidenti: Rusiyanın anlaşmaya sadiq qalaraq sülhməramlılarını 2025-ci ildə Qarabağdan çıxaracağına inanıram

post-img

Bildiyiniz kimi, razılığa görə, Rusiya sülhməram­lıları 2025-ci ilə qədər müəyyən olunan yerlərdə qalmalıdır. 2025-ci ildə isə bu yerləri tərk edəcəkdir, anlaşma bu cür olub.

Bunu Türkiyə Prezidenti Rə­cəb Tayyib Ərdoğan Vilnüsdə NATO liderlərinin sammitindən sonra keçirilən mətbuat konfran­sında Qarabağda Rusiya sülh­məramlılarının qalma müddətinin bitməsi ilə bağlı sualı cavablandı­rarkən deyib.

“Mən də Rusiyanın bu anlaş­maya sadiq qalacağına inanıram. Hörmətli qardaşım İlham Əliyev də bu məsələni yaxından izləyir”, – deyə Ərdoğan əlavə edib.

“Xalq qəzeti”

Siyasət