ARDNF-də Ümummilli liderin anadan olmasının 100 illiyi qeyd edilib

post-img

Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə Ulu öndərin əziz xatirəsi yad edilib.

Sonra çıxış edən ARDNF-nin İcraçı direktoru İsrafil Məmmədov bugünkü müstəqil, qüdrətli və demokratik Azər­baycan Respublikasının dahi lideri Hey­dər Əliyevin şah əsəri olduğunu qeyd edib, Azərbaycan xalqının müasir döv­lətçilik tarixinin formalaşmasında, inki­şafında Ulu öndərin misilsiz rolundan və xidmətlərindən söz açıb. İcraçı di­rektor bildirib ki, ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş strategiya ölkə iqtisadiyyatının inkişafı­na, mövcud resursların səmərəli istifa­dəsinə, dünya iqtisadiyyatına inteqra­siyaya və nəticə etibarilə vətəndaşların rifah halının yüksəl­dilməsinə xidmət edib. İsrafil Məm­mədov əlavə edib ki, neft və qazın sa­tışından əldə edilən valyuta daxilolma­larının toplanması və səmərəli idarə edilməsi məqsədilə Prezident İlham Əliyevin təkli­fi ilə 1999-cu ildə ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş Dövlət Neft Fondu bu milli inkişaf stra­tegiyasını dəstək­ləyərək, xalqımızın bugünkü və gələcək nəsillərinə xidmət edəcək.

Tədbirə, həmçinin müstəqil Azər­baycanın ilk Baş naziri və sabiq xarici işlər naziri Həsən Həsənov qonaq qis­mində dəvət edilib. ARDNF-nin İcraçı direktorunun müşaviri Nərgiz Nəsrul­layeva-Müdüroğlu ilə birgə müsahibə formatında baş tutan söhbətdə Həsən Həsənov Ulu öndərin xidmətləri barədə çıxış edib, dahi şəxsiyyət haqqında fikir və xatirələrini bölüşüb. Həsən Həsənov ümummilli liderin xalqımızın milli kimli­yinin və düşüncəsinin formalaşmasında əvəzsiz rolunu xüsusilə vurğulayıb.

Son xəbərlər