İstanbulda “SOCAR Türkiyə”nin İdarə Heyətinin iclası

post-img

İyunun 9-da Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarovun və SOCAR-ın prezidenti Rövşən Nəcəfin iştirakı ilə İstanbulda “SOCAR Türkiyə”nin İdarə Heyətinin iclası keçirilib.

İclasda “SOCAR Türkiyə”nin 2022-ci ilə dair yekunları haqqında danışılıb, cari ilin ilk 5 ayı ərzində əldə edilən nə­ticələr, il ərzində görüləcək işlər və qar­şıya qoyulan hədəflər müzakirə olunub. 

Həmçinin iyunun 8-də İstanbulda “SOCAR Türkiyə”nin törəmə müəs­sisələri olan “Petkim”in və “STAR’’ neft emalı zavodunun, iyunun 9-da isə Azərbaycan qazının Türkiyə və Avropa­ya nəqlini həyata keçirən, Cənub Qaz Dəhlizinin önəmli seqmentlərindən biri olan Trans-Anadolu qaz boru kəmərinin (TANAP) İdarə heyətlərinin iclasları ke­çirilib. İclaslarda qrup şirkətlərinin 2022-ci il və cari ilin 5 ayı üzrə fəaliyyətləri nəzərdən keçirilib, gələcək hədəflər və bu istiqamətdə görüləcək işlər müzakirə olunub.

“Xalq qəzeti”

Son xəbərlər