“Milli dövlətçiliyimizin xilaskarı”

post-img

“Heydər Əliyev İli” ilə əlaqədar Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiq edilən tədbirlər planı çərçivəsində iyunun 9-da YAP Pirallahı rayon təşkilatı “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda konfrans keçirib.

Partiyanın mətbuat xidmətindən qə­zetimizə bildirilib ki, əvvəlcə ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, ulu öndərin əziz xa­tirəsi dərin ehtiramla anılıb. Sonra dahi şəxsiyyətin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Məclisi giriş sözü ilə açan YAP Pi­rallahı rayon təşkilatının sədri Emil Aba­sov ulu öndər Heydər Əliyevin ölkəmizi müstəqilliyini itirmək, dünya xəritəsindən silinmək təhlükəsindən xilas edərək in­kişaf yoluna çıxardığını bildirib. O qeyd edib ki, Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövləti­mizin möhkəmlənməsində, sivil dünyaya inteqrasiya prosesinə qoşulmasında və modern cəmiyyətin qurulmasında həlle­dici rol oynadı.

YAP İdarə Heyətinin üzvü, Dini Qu­rumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı söyləyib ki, Azərbay­can xalqı öz böyük oğlu Heydər Əliyevi yalnız siyasi lider kimi deyil, həm də milli dövlətçilik ideologiyasının şəriksiz müəl­lifi kimi qəbul edir. Çünki Heydər Əliyev siyasi kursundan kənarda Azərbaycan dövlətçiliyi yoxdur. Mübariz Qurban­lı müasir müstəqil Azərbaycanın Milli Qurtuluş Günü kimi tarixə əbədi həkk olunan 1993-cü il 15 iyun tarixinin önə­mi və müstəqil dövlətçiliyimizin qorunub saxlanılmasındakı əvəzsiz rolu haqqında geniş məlumat verib.

“Yeni Azərbaycan” qəzetinin baş re­daktoru Alqış Musayev deyib ki, bütün varlığı ilə vətəninə bağlı olan dünya şöh­rətli dövlət xadimi Heydər Əliyev çağdaş tariximizdə əbədiləşmiş, respublikamı­za rəhbərliyinin bütün dövrlərində xalq qarşısında misilsiz xidmətlər göstərmiş, xilaskarlıq missiyası yerinə yetirmişdir. YAP Veteranlar Şurasının üzvü Nazim İs­mayılov çıxışında vurğulayıb ki, Azərbay­can xalqı hər zaman müasir dövlətimizin memarı və qurucusu, ölkəsinin müstəqil­liyi, inkişafı naminə böyük və əvəzedil­məz işlər görmüş, bununla bağlı tarixi proseslərə təsir göstərmiş dahi şəxsiy­yət Heydər Əliyevi qürur hissi ilə xatırla­yır.“Səs” Media qrupunun rəhbəri Bəhruz Quliyev Azərbaycan xalqının haqlı olaraq Heydər Əliyev irsini müstəqilliyin təminat­çısı kimi qəbul etdiyini deyib. Onun söz­lərinə görə, ölkəmizin inkişaf strategiyası məhz ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib. 

Pirallahı Rayon İcra Hakimiyyəti­nin başçısı Vasif İmanov vurğulayıb ki, müasir müstəqil Azərbaycanın memarı, ümummilli lider Heydər Əliyev tarix yara­dan əvəzolunmaz şəxsiyyətdir. Görkəmli dövlət xadimi, dünya miqyaslı siyasət­çi, Azərbaycan dövlətçiliyini bütün təh­lükələrdən qoruyan və inkişaf etdirən qüdrətli şəxsiyyət Heydər Əliyevin ölkə­mizə rəhbərlik etdiyi illər müasir tariximi­zin şərəfli dövrünü təşkil edir. 

Sonda rayonun ictimai həyatında fərqlənən bir qrup şəxsə fəxri fərman, partiya sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim edilib.

“Xalq qəzeti”

Son xəbərlər