Fundamental yubiley nəşri

post-img

Azərbaycan Milli İncəsənət Muzeyində Mədəniyyət Nazirliyi, Azərbaycan Memarlar İttifaqı və Azərbaycan Milli Kitabxanasının birgə layihəsi kimi ərsəyə gəlmiş layihənin – ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə ithaf olunmuş “Azərbaycan memarlıq elementləri” fundamental nəşrinin təqdimatı olub.

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov giriş sözündə XX əsrin ortalarında görkəmli Azərbay­can memarı, akademik Mikayıl Hüsey­nov tərəfindən ilk dəfə olaraq milli me­marlıq abidələrinin araşdırıldığını, bu təşəbbüslə həmin dövrdə tədqiqatçılar tərəfindən müxtəlif abidələrə aid mate­rialların toplandığını və məhdud nüsxə­də bir neçə albomun çap olunduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, yarım­çıq qalmış həmin işə yarım əsr sonra yenidən başlanılıb, nəticədə sanballı bir kitab ortaya qoyulub.

Mərasimdə bildirilib ki, Əməkdar memar, memarlıq üzrə fəlsəfə doktoru Xəlil Cəfərovun hnəşrə hazırladığıki­tab-albom Azərbaycanın qədim tarixə malik olan memarlıq abidələrinin üzə­rində hələ minilliklər öncə əcdadlarımı­zın nəqş etdiyi milli memarlıq element­lərindən və onların etimologiyasından bəhs edir. Nəfis tərtibatlı, elmi məlu­matların illüstrativ materiallarla mü­şayiət olunduğu yubiley nəşrində XX əsrdə Azərbaycan memarlığının inkişa­fından da ətraflı söz açılır, memarlıq və arxitektura sahəsinin ulu öndər Heydər Əliyevin respublikaya rəhbərliyi döv­ründə xüsusilə diqqət mərkəzində oldu­ğu vurğulanır.

Kitabın elmi redaktoru, Əməkdar memar, professor, Azərbaycan Memar­lar İttifaqının sədri Elbay Qasımzadə nəşri milli memarlıq üslubunun yad­daşlara həkk olunması üçün ən gözəl vasitə adlandırıb. O, ulu öndər Heydər Əliyevin Azərbaycan memarlıq irsinin qorunması və zənginləşdirilməsi sahə­sində müstəsna xidmətlərini vurğula­yıb.

Azərbaycan Milli Elmlər Akademi­yasının prezidenti, akademik İsa Hə­bibbəyli təqdim olunan kitabda milli memarlıq üslubu, memarlıq janrları, interyer tərtibatı nümunələri, kiçik me­marlıq formalarının ətraflı izah edildiyini söyləyib. Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin rektoru, me­marlıq doktoru, professor Gülçöhrə Məmmədova, Milli Məclisin üzvü, aka­demik Nizami Cəfərov, Xalq yazıçısı Çingiz Abdullayev kitabla bağlı fikirlə­rini bölüşüblər.

Kitabın müəllifi, Əməkdar memar Xəlil Cəfərov bu nadir albomun ulu ön­dərin anadan olmasının 100 illiyinə la­yiqli töhfə olduğunu söyləyərək bildirib ki, kitabda Azərbaycan memarlığında işlənən milli elementləri həm funksio­nal cəhətləri ilə, həm də bədii-estetik təsiri ilə tikililərdə sadəcə mühəndislik təxəyülünün məhsulu kimi deyil, eyni zamanda incəsənət nümunəsi kimi nəzərdən keçirilib. 

Təqdimat mərasimində müasir me­marlıq əsərlərində xalqımızın əsrlər boyu yaratdığı memarlıq irsini yaşat­maq və eyni zamanda bugünkü tələb­lərə uyğun şəkildə, düzgün istifadə etmək baxımından milli memarlıq ele­mentlərini dərindən bilməyin vacibliyi qeyd edilib və yeni albom bu baxımdan qiymətli mənbə kimi dəyərləndirilib.

“Xalq qəzeti”



Sosial həyat