"Ləzzət Group"un 30 illik yubileyi çərçivəsində keçirilən müəssisədaxili görüşləri yekunlaşıb.
XQ xəbər verir ki, yeddi gün ərzində şirkətin rəhbəri Teymur Rzayev müxtəlif istehsalat bölmələrində 700-dən çox əməkdaşla tək-tək görüşüb. O, əməkdaşların fikirlərini dinləyərək onlara göstərdikləri səylərə görə minnətdarlığını bildirib və hər birinə şəxsi təşəkkürnamələr təqdim edib.
Bu təşəbbüs "Ləzzət Group"un uğur yolunda əməkdaşların əvəzsiz roluna verilən yüksək dəyərin bariz nümunəsidir. Görüşlər zamanı həmçinin şirkətin 30 illik inkişaf yoluna nəzər salınıb, gələcək planlar barədə fikir mübadiləsi aparılıb və komanda ruhu daha da gücləndirilib.
Sara RZAYEVA
“Ləzzət Qida Sənayesi” MMC
şöbə müdiri