Ağ Evdə Qəzza ilə bağlı plan müzakirəyə çıxarılır

post-img

ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff çərşənbə günü Ağ Evdə bildirib ki, dövlət başçısı Qəzza ilə bağlı “müharibədən sonrakı planı” müzakirə etmək üçün geniş tərkibdə görüş keçirməyi planlaşdırır. O, bu barədə Fox News-ə müsahibəsində deyib. 

Məlumatı “Anadolu” yayıb. 

Qəzza ilə bağlı planların olub-olmaması ilə bağlı sualı cavablandıran Uittkoff,  Trampın sədrliyi ilə Ağ Evdə məsələ ilə bağlı əhatəli toplantının keçiriləcəyini bildirib. O, görüşdə Qəzza üçün “müharibədən sonrakı plan”ın müzakirə olunacağını və bu cür əhatəli planların artıq hazırlandığını qeyd edib.

“Biz inanırıq ki, bu məsələni hansısa yolla həll edəcəyik və ilin sonuna qədər mütləq razılığa gələcəyik”, - deyə xüsusi nümayəndə bildirib.

ABŞ dövlət katibi Marko Rubio da çərşənbə günü Vaşinqtonda israilli həmkarı Gideon Saarla Qəzza zolağı ilə bağlı danışıqlar aparacaq.

P.ƏMİRCANOV
XQ

Dünya