Fövqəladə hallar naziri qəbul keçirib

post-img

Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin respublikanın bölgələrində vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, fövqəladə hallar naziri Kəmaləddin Heydərov iyunun 9-da Qobustan şəhərində, nazirliyin Qobustan Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında Qobustan və Şamaxı rayonlarının sakinlər ilə görüşüb.

Bu barədə nazirliyin mətbuat xidmətin­dən məlumat verilib.

Əvvəlcə, nazir K.Heydərov xalqımızın ümummilli lideri Heydər Əliyevin Qobus­tan şəhərindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub, əziz xatirəsini dərin ehtiramla yad edib.

Sonra fövqəladə hallar naziri ilə gö­rüşən Qobustan və Şamaxı rayon sakin­lərinin müraciətlərinin əksəriyyəti yerində həllini tapıb, bir sıra məsələlərlə bağlı qa­nunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə nazirliyin aidiyyəti struk­turlarının rəhbərlərinə tapşırıqlar verilib.

Fövqəladə hallar naziri ilə yanaşı, na­zir müavinləri, nazirliyin müvafiq baş idarə və qurum rəhbərləri də vətəndaşlarla gö­rüşüb.

Görüşə gələn vətəndaşlar onların müraciətlərinə yerində və operativ yana­şılması üçün yaradılan şəraitə görə Azər­baycan Prezidentinə minnətdarlıq ediblər. 

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

Son xəbərlər