Azərbaycandakı Türkiyə vətəndaşları səs verirlər

post-img

Prezident seçkilərinin ikinci turu ilə əlaqədar Türkiyənin Azərbaycandakı səfirliyində yaradılmış seçki məntəqəsi mayın 20-də yerli vaxtla saat 08:00-də səsverməyə açılıb.

Bakı və Naxçıvanda yaşayan türkiyəli vətəndaşlar səhər saatlarından etibarən Türkiyənin Azərbaycandakı səfirliyinə, həmçinin Gəncə və Naxçıvandakı baş konsulluqlarının binalarına gələrək öz na­mizədlərinə səs verirlər.

Səsvermə prosesinə mayın 22-də ye­kun vurulacaq.

***

Gəncədə yaşayan və işləyən Türkiyə vətəndaşlarının qardaş ölkədə mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turu üzrə səsverməsi davam edir.

Bu gün səhər saatlarından başlanan səsvermə 3 gün – mayın 22-si saat 22:00-dək davam edəcək.

Qeyd edək ki, mayın 14-də baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50 faizdən çox səs toplamadığı üçün səsvermənin ikinci turu mayın 28-də keçiriləcək. Bu mərhələdə “Cümhur İttifaqı”nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri və hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdo­ğan və “Millət İttifaqı”nın namizədi, müxa­lif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu mübarizə aparacaq. İkinci turda ən çox səs toplayan namizəd növbəti 5 il üçün Türkiyə Prezidenti seçilə­cək.

 

Q.QASIMOV, “Xalq qəzeti”

Son xəbərlər