Əlahiddə Ümumqoşun Orduya mediatur təşkil olunub

post-img

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Günnüt əməliyyatının beşinci ildönümü ilə bağlı Əlahiddə Ümumqoşun Orduya mediatur təşkil olunub.

Müdafiə Nazirliyinin mətbuat xid­mətindən bildirilib ki, səfər çərçivə­sində media nümayəndələri azad edilmiş yüksəkliklərdə olub, Günnüt əməliyyatında iştirak etmiş hərbi qul­luqçularla görüşüblər.

Qeyd edilib ki, ulu öndər Heydər Əliyevin başladığı və Müzəffər Ali Baş Komandan İlham Əliyevin davam et­dirdiyi ordu quruculuğunun növbəti uğurlu mərhələsi olan Günnüt əmə­liyyatı Əlahiddə Ümumqoşun Orduda mövcud yüksək döyüş hazırlığının, peşəkarlığın real göstəricisidir. 

Vurğulanıb ki, qürurla qeyd etdi­yimiz Aprel döyüşləri, Günnüt Zəfəri, Tovuz döyüşləri, Vətən müharibəsin­dəki Qələbəmiz və sonrakı uğurlu əməliyyatlar Azərbaycanda xalq-döv­lət-ordu birliyinin real nümayişi və şanlı hərb tariximizin parlaq səhifələ­rindəndir.

Bildirilib ki, 2018-ci ilin mayında Naxçıvan Muxtar Respublikasında Əlahiddə Ümumqoşun Ordunun ke­çirdiyi əməliyyat nəticəsində Şərur rayonunun Günnüt kəndi, Ağbulaq yüksəkliyi, Qızılqaya dağı, Qaraqaya dağı azad olunub. Bu istiqamətlərdə bir neçə əlverişli mövqelər Azərbay­can Ordusunun nəzarəti altına keçib. Əməliyyat nəticəsində 11 min hektar­dan artıq ərazi azad edilib.

Hərbi qulluqçular onlar üçün ya­radılan şəraitdən məmnunluqlarını ifadə edib, Günnüt əməliyyatından xatirələrini media nümayəndələri ilə bölüşüblər. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Gün­nüt əməliyyatına verdiyi yüksək qiy­mətin Əlahiddə Ümumqoşun Ordu­nun şəxsi heyəti üçün qürur mənbəyi olduğunu xüsusi vurğulayıblar. Qeyd olunub ki, bundan sonra da Vətənə, xalqa, hərbi anda sonsuz sədaqətlə xidmət edəcəklər.

 

“Xalq qəzeti”

Sosial həyat