Ceyhun Bayramov Mövlud Çavuşoğlunu təbrik etdi

post-img

15 may 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Nazir Ceyhun Bayramov Türkiyədə keçirilən prezident və parlament seçkilə­rində cənab Ərdoğanın və hakim parti­yanın səs çoxluğu ilə irəlidə olması mü­nasibətilə nazir Çavuşoğluna təbriklərini çatdırıb. Bu seçkilər nəticəsində qardaş Türkiyənin daha da güclənəcəyinə əmin­lik ifadə olunub.

Xarici işlər naziri Mövlud Çavuşoğlu göstərilən diqqətə və təbrikə görə min­nətdarlığını bildirib.

Telefon danışığı zamanı, həmçinin bölgədə cari vəziyyət və sülh danışıqları üzrə son yeniliklər müzakirə edilib.

“Xalq qəzeti”

Son xəbərlər