Gürcüstanla strateji tərəfdaşlıq möhkəmlənir

post-img

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 15-də ölkəmizdə səfərdə olan Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmə­tinin məlumatında bildirilib ki, görüşdə Ş.Papuaşvilinin Milli Məclisin ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan xüsusi iclasında iştirakı yüksək qiymətləndirilib.

Azərbaycan ilə Gürcüstan arasında qarşılıqlı etimada əsaslanan əməkdaş­lığın genişlənməsindən və strateji tərəf­daşlığın möhkəmlənməsindən məm­nunluq ifadə olunub. 

İki ölkə arasında əlaqələrin hərtərəf­li inkişafında parlamentlərin rolu təqdir edilib.

Eyni zamanda, ticarət-iqtisadi, ener­ji, nəqliyyat-tranzit, humanitar və digər sahələrdə münasibətlərin genişləndiril­məsi perspektivləri müzakirə olunub. 

“Xalq qəzeti”

Son xəbərlər