Baş nazir iordaniyalı qonağı qəbul edib

post-img

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 15-də ölkəmizdə səfərdə olan İordaniya Haşimilər Krallığı parlamentinin Nümayəndələr Palatasının sədri Ahmed Al-Safadi ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətin­dən qəzetimizə bildiriblər ki, görüşdə Ba­kıda Milli Məclisin ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan xüsusi iclasının önəmi vurğulandı, İorda­niyanın tədbirdə yüksək səviyyədə təmsil olunmasından məmnunluq ifadə edildi.

Azərbaycan-İordaniya əməkdaşlığının bir çox sahələrdə uğurla inkişaf etdiyi bil­dirildi, parlamentlərarası əlaqələrin müs­bət dinamikası yüksək qiymətləndirildi.

Eyni zamanda, iki ölkə arasında iq­tisadi-ticari, investisiyaların təşviqi, hu­manitar, turizm və digər istiqamətlərdə əlaqələrin perspektivləri müzakirə olundu. 

“Xalq qəzeti”

 

Son xəbərlər