Əli Əsədov Belarus baş nazirinin müavini ilə görüşüb

post-img

Mayın 15-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ölkəmizdə səfərdə olan Belarus Respublikası Baş nazirinin müavini İqor Petrişenko ilə görüşüb. 

Nazirlər Kabinetinin mətbuat xidmətin­dən redaksiyamıza bildiriblər ki, görüşdə Azərbaycan ilə Belarus arasında iqtisa­di-ticari əməkdaşlığın, investisiya fəaliy­yətinin və sənaye kooperasiyasının aktual məsələləri nəzərdən keçirilib. Azərbaycan və Belarus arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın bu gün Bakıda keçirilən növbəti iclasının əhəmiyyəti qeyd olunub. 

Tərəflər qarşılıqlı maraq doğuran sahələrdə qarşılıqlı faydalı tərəfdaşlığın inkişaf perspektivlərini də müzakirə edib­lər.

“Xalq qəzeti”

Son xəbərlər