Türkiyə Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı AMEA-nın tədbirləri qardaş ölkənin mediasında

post-img

Xəbər verdiyimiz kimi, mayın 8-də AMEA-nın Rəyasət Heyətinin iclasında Türkiyə Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş tədbirlər haqqında müzakirələr aparılıb. Müzakirələrdə AMEA-nın elmi müəssisə və təşkilatlarında Türkiyə Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş tədbirlərin keçiriləcəyi bildirilib.

Sözügedən xəbər qardaş ölkənin mediasında geniş şəkildə işıqlandırılıb. Türkiyənin məşhur “Yeni Akit” qəzeti, eləcə də “haberiniz.com.tr”, “yesiligdir.com”, “adanamasasi.com” və digər saytlarında AMEA-da “Bir millət, iki dövlət: Türkiyə-Azərbaycan əlaqələri Heydər Əliyev dövründə”, Türkiyə və Azərbaycan seysmoloqlarının beynəlxalq konfransı və digər tədbirlərin baş tutacağını, yekunda “Əhməd bəy Ağaoğlu və Türk dünyası” mövzusunda beynəlxalq konfransın keçiriləcəyi oxucuların diqqətinə çatdırılıb.

Anar Əli,
“Xalq qəzeti”

Son xəbərlər