UEFA Konfrans Liqası: “Bazel” və “Vest Hem”dən əzmkar qələbə

post-img

UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçirilib. “Anadolu Agentliyi”nin məlumatına görə, hər iki qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb. İtaliyanın “Fiorentina” klubu doğma meydanda İsveçrənin  “Bazel” komandasını qəbul edib. Matç qonaqların xeyrinə başa çatıb - 1:2. Digər matçda isə İngiltərənin “Vest Hem” klubu Niderlandın “AZ Alkmaar” komandasını 2:1 hesabı ilə məlub edib.

Elçin AĞAMİRZƏ,
“Xalq qəzeti”

İdman