İmran Xan 8 günlük həbsdə

post-img

Pakistan məhkəməsi keçmiş Baş nazir İmran Xan barəsində 8 günlük həbs qərarı çıxarıb. Məlumatı Rusiya KİV-i yayıb.

Sabiq hökumət başçısının həbsinə etiraz edən naməlum şəxslər ölkənin Peşavar şəhərində “Pakistan Radio­su”nun binasına hücum edib, ofisini yandırıblar.

Qeyd edək ki, İmran Xan mayın 9-da saxlanılıb. Bundan sonra ölkənin İsla­mabad, Peşavər, Haripur, Abottabad, Sialkot, Faisa­labad, Ravalpindi, Lahor və başqa bölgələrində etiraz aksiyaları başlayıb.

Eks baş nazir xarici ölkə liderlərindən 630 min dollarlıq hədiyyə almaqda ittiham olunur. Ona qarşı martın 19-da terrorçuluq ittihamı da irəli sürülüb.

“Xalq qəzeti”

Son xəbərlər