ABŞ-da defolt dağıdıcı ola bilər

post-img

Milli borc tavanının artırılması ilə bağlı danışıqlar uğursuz olarsa, potensial defolt ölkə iqtisadiyyatı üçün dağıdıcı olar. “Amerikanın səsi” radiosunun məlumatına görə, bu barədə ABŞ Prezidenti Cozef Bayden bildirib.

Ağ Ev rəhbəri, həmçinin respubli­kaçıların nəzarətində olan Nümayən­dələr Palatasının lideri Kevin Mak­kartinin bununla bağlı narahatlığını anladığına əminliyini ifadə edib. Pre­zident defoltun qarşısını almaq üçün milli borc tavanının qısa müddətə artırılmasının mümkünlüyünü istisna etməyib.

Eyni zamanda, Bayden bildirib ki, potensial defoltla bağlı vəziyyətə bax­mayaraq, o, hələ də mayın 19-21-də Xirosimada keçiriləcək G7 sammitin­də iştirak etmək niyyətindədir.

Bundan əvvəl ABŞ Senatının Res­publikaçılar Partiyasından olan 43 nəfərlik qrup üzvü Vaşinqton administrasiyasını dövlət xərclərini azaltmayacağı təqdirdə, borc tavanının artırılması ilə bağlı razılığa gəlməyəcəklərini bildirmişdi.

Onların fikrincə, iqtisadiyyat dayanıqlı olmayan fiskal siyasət səbəbindən hazır­da “sərbəst enişdədir”.

“Xalq qəzeti”

Son xəbərlər