Kimyaçı alimlər İtaliya şirkətində araşdırma aparacaqlar

post-img

Sumqayıt Dövlət Universitetinin (SDU) təmsilçiləri İtaliyanın SAİPEM şirkətinin Azərbaycan filialının qonağı olublar. Görüşdə ali məktəblə şirkət arasında elmi-təcrübi əməkdaşlıq və faydalı əlaqələr qurulması barədə işgüzar müzakirə aparılıb.

Filialın müdiri İlham Eminbəyli rəh­bərlik etdiyi müəssisənin fəaliyyəti, inki­şaf perspektivləri barədə qonaqlara ət­raflı məlumat verib. SDU-nun prorektoru Əsəd Məmmədov isə təmsil etdiyi ali təhsil ocağında kimyaçı kadrlar hazırlı­ğından və aparılan elmi tədqiqatlardan danışıb, ali məktəbin tanıtım videosunu şirkət rəhbərliyinə təqdim edib.

Müzakirələrdə SAİPEM şirkətinin da­vamlı inkişaf və xarici əlaqələr şöbəsinin müdiri Aytən Həsənova, insan resursları üzrə əməkdaşlar Nəzakət Əfəndiyeva və Vüsal Məlikov və təlim koordinatoru Almaz İbrahimova, SDU-nun mühən­dislik fakültəsinin dekanı, dosent Ulduz Ağayev, neft kimyası və kimya mühən­disliyi kafedrasının müdiri professor Ək­bər Ağayev, elmi hissənin müdiri dosent Samir Orucov, keyfiyyət təminatı şöbəsi­nin müdiri Nərmin Həsənova, strateji in­kişaf mərkəzinin direktoru dosent Günel Paşayeva səmərəli birgə əməkdaşlığın müxtəlif yönlərinə aydınlıq gətiriblər, tək­liflərini söyləyiblər. 

Geniş fikir mübadiləsindən sonra SDU-nun kimya fakültəsinin neft kim­yası kafedrasının SAİPEM şirkətinin karbonsuz enerji mənbələri sahəsində araşdırmalar aparması, HAKATON sil­silə tədbirlərinin isə SDU-nun nəzdində İnnovasiya Yaradıcılıq Mərkəzində ke­çirilməsi məqsədəuyğun hesab edilib. Bundan əlavə, SAİPEM şirkəti üçün SDU-nun müəllim və tələbələrindən ibarət BREINSTORMING komandasının yaradılması barədə razılığa gəlinib.

Şirkətin və ali məktəbin belə işgüzar görüşləri davam etdirməsi qərara alınıb.

“Xalq qəzeti”

Son xəbərlər