YAP-ın nümayəndə heyəti Bursada

post-img

Qardaş Türkiyədə səfərdə olan Yeni Azərbaycan Partiyası Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyəti ilə Ədalət və İnkişaf Partiyasının (AK Parti) Bursa şəhər təşkilatında görüş keçirilib.

Bursa təşkilatının sədri Davut Gür­kan ölkələrimiz arasındakı dostluq, qar­daşlıq və strateji müttəfiqlik münasibət­lərinin əhəmiyyətindən danışıb. O, Yeni Azərbaycan Partiyasının nümayəndə heyətinin səfərinin həmrəyliyin nü­munəsi olduğunu söyləyib.

AK Parti Sədrinin xarici əlaqələr üzrə müavini Efkan Ala bildirib ki, dün­yada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan ölkələr yoxdur. Qardaş ölkələrimizin birgə təşəbbüslə­ri regionun yeni geostrateji dizaynında müstəsna rol oynayır.

Yeni Azərbaycan Partiyası Sədri­nin müavini - Mərkəzi Aparatın rəh­bəri Tahir Budaqov bildirib ki, bu gün Türkiyə-Azərbaycan münasibətləri, ilk növbədə, hər iki ölkənin liderləri İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın iradəsi, səyləri sayəsində uğurla inkişaf edir. İki qardaş ölkənin hakim partiyala­rı YAP və AK Parti də bu prosesdə çox mühüm rol oynayırlar. Son iki-üç il ər­zində partiyalar arasındakı münasibət­lər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.

Sonra YAP nümayəndə heyəti Bur­sa Sənaye-Ticarət Palatasında olub. 

Azərbaycanlı qonaqlar, həmçinin Bursada Qafqaz-Axıska dərnəkləri və azərbaycanlı tələbələrin iştirakı ilə təş­kil edilən iftar mərasimində iştirak edib­lər. Tahir Budaqov bildirib ki, bugünkü reallıqlar Türkiyə Respublikasının quru­cusu, böyük öndər Mustafa Kamal Ata­türkün “Azərbaycanın sevinci bizim se­vincimiz, kədəri bizim kədərimizdir” və ümummilli lider Heydər Əliyevin “Azər­baycan və Türkiyə bir millət, iki dövlət­dir” kəlamlarının real həyatda təsdiqini tapdığını əks etdirir.

Azərbaycan–Türkiyə əlaqələri son dövrlər daha da inkişaf edərək strateji müttəfiqlik səviyyəsinə qalxıb. Xalqı­mız Türkiyənin İkinci Qarabağ müha­ribəsində verdiyi qardaşlıq dəstəyini heç zaman unutmur. Eyni zamanda, Türkiyə şirkətləri işğaldan azad olun­muş ərazilərimizin bərpasında yaxın­dan iştirak edirlər. Azərbaycan da çətin anlarda daim Türkiyənin yanındadır. Fevral ayında baş verən zəlzələlər za­manı Azərbaycan xalq və dövlət olaraq qardaş Türkiyəyə öz yardımını göstər­di və bu dəstək bu gün də davam edir. Nümayiş etdirilən qarşılıqlı həmrəylik, dəstək, birlik və vahid mövqe, həyata keçirilən layihələr onu deməyə əsas verir ki, xalqlarımızın böyük qürur duy­duqları Azərbaycan–Türkiyə birliyi və qardaşlığı gələcək nəsillər tərəfindən də davam etdiriləcək.

Qeyd edək ki, YAP nümayəndə heyətinə, həmçinin partiyanın İdarə Heyətinin üzvləri, deputatlar Hikmət Məmmədov, Pərvin Kərimzadə, Azər­baycan–Türkiyə dostluq qrupunun üzvü Ramil Həsən və YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev daxildir. 

“Xalq qəzeti”

Son xəbərlər